Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:50

Gənc istedadlar tanıdılır


Səs: Real audio
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyir ki, müvəkkil banklar gizli sövdələşmələr aprasalar, onlara xəbərdarlıq ediləcək - Məncə bu, çox gözəl tədbirdir. Burada gənclər həm ifa edirlər, həm də klassik musiqini dinləyirlər. İstedadlı gənclər tanınırlar və gələcəkdə onların beynəlxalq səhnələrə çıxmaları üçün yol açılır.



Bu, Gənclər, İdman və Turizm Nazirliyinin klassik musiqinin gənc ifaçıları üçün təşkil etdiyi tədbirin iştirakçısı, Musiqi Akademiyasının birinci kurs tələbəsi Zemfira Bağırovadır.



Nazir Əbülfəz Qarayev deyir ki, gənc istedadları cəmiyyətə tanıtmaq üçün nazirlik növbəti ildə belə tədbirlərin sayını artırmağı planlaşdırır:



- Belə tədbirlər böyük istedada malik olan gənclərimizin özlərini sübut etmələrinə imkan yaradır. Gələn il biz çalışacağıq ki, daha çox belə tədbirlər keçirək, onların fəallığını daha çox stimullaşdıraq. İnanıram ki, bu da gənclərimizin inkişafına imkan yaradacaq.



Tədbirdə sentyabrda Rusiyada keçirilən "Azərbaycan gəncləri günləri"nin iştirakçılarına da diplomlar verildi.



Diplom alan gənc ifaçılar isə Rusiya səfərlərindən ağız dolusu danışır. Kərim Abbasov Azərbaycanı Rusiyada layiqincə təmsil etdiklərini deyir:



- Biz sentyabr ayında Rusiyada olduq. Azərbaycanı layiqincə təmsil etdik. Həmyerlilərimizin sevincindən, alqışlarından mən bu qənaətə gəldim.



Əbülfəz Qarayevin sözlərinə görə, gələn il "Azərbaycan gəncləri günləri" digər MDB ölkələrində də keçiriləcək. Növbəti ildə Azərbaycanda "Rusiya gəncləri günləri"nin təşkili də nəzərdə tutulub.
XS
SM
MD
LG