Keçid linkləri

Təcili xəbərlər
2023, 08 İyun, Cümə axşamı, Bakı vaxtı 05:12

Prezident dünya azərbaycanlılarını təbrik edib<p align=`left`><br><br>


Səs: Real audio
Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyir ki, müvəkkil banklar gizli sövdələşmələr aprasalar, onlara xəbərdarlıq ediləcək Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik ünvanlayıb. Təbrikdə deyilir ki, azərbaycanlıların həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və arzulardan əməli işə çevrilib, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırılıb: «Bu gün xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsində, soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsində yeni mərhələnin yaşandığını deyə bilərik. Bu, bir tərəfdən, Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclənməsi, onun regionda lider dövlətə çevrilməsi, beynəlxalq nüfuzunun artması ilə, digər tərəfdən isə, xaricdə yaşayan azərbaycanlılarla işin keyfiyyətcə yeni məzmun kəsb etməsi, qarşıya yeni vəzifələr qoyulması ilə əlaqədardır. Hazırda Azərbaycan dövləti öz qarşısına soydaşlarımızın beynəlxalq konvensiyalarda təsbit olunmuş insan və vətəndaş hüquqlarının müdafiəsi, yaşadıqları ölkələrdə mütəşəkkil təsirli qüvvəyə çevrilməsi, dünya azərbaycanlılarının taleyi üçün məsuliyyətin artırılması kimi vəzifələr qoyur».



Dövlət başçısı bayram münasibətilə azərbaycanlıları təbrik edir, onlara firavanlıq, milli birlik və həmrəylik arzulayır.
XS
SM
MD
LG