Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:38
Rubrikalar

Dünya bazarlarında qızılın qiyməti qalxıb


Səs: Real audio
10 və 20 manatlar martın ortalarında, 50 və 100 manatlar isə apreldə dövriyyəyə buraxılacaq - Dünya bazarlarında qızılın qiyməti son 20 ildə rekord səviyyəyə çatıb. Nyu-Yorkda qızılın 1 unsiyasının dəyəri 502 dollar, yəni 1 qramı 16.15 dollar olub. Bu il qızılın qiyməti təxminən 20 faiz artıb.



- Son dövrlərdə 130-a qədər valyutadəyişmə məntəqəsi bağlanıb. Bu ölkədəki valyutadəyişmə məntəqələrinin təxminən dörddə biridir. Bunların bir qismini Milli Bank qapadıb, bəzi valyutadəyişmə məntəqələriylə bağlı qərarı isə onların tabe olduğu banklar verib.



Bu barədə Milli Bankın sədri Elman Rüstəmov məlumat verib. Onun bildirdiyinə görə, bütün bunlar sentyabrda dolların məzənnəsinin kəskin şəkildə düşməsindən sonra aparılan araşdırmanın nəticəsidir.



Elman Rüstəmov onu da deyib ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün yeni normativ sənədin layihəsi artıq hazırdır. Layihə müzakirə olunur və yanvarın birinci yarısında təsdiq olunaraq tələb kimi banklara yönəldiləcək.



Dekabrın 29-a olan məlumata görə, Milli Bankda 1 dollar 4 592, 1 avro 5 440, 1 rubl isə 159 manatdır.
XS
SM
MD
LG