Səs: Real audio
10 və 20 manatlar martın ortalarında, 50 və 100 manatlar isə apreldə dövriyyəyə buraxılacaq Çaşqınlıq yaranmasın deyə, yanvarın 1-dən Novruz bayramınadək Azərbaycan vətəndaşları kiçik pulları - yeni metal qəpikləri və əskinas şəklində bir və beş manatlıqları xərcələyə biləcəklər. Milli Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyir ki, 10 və 20 manatlar martın ortalarında, 50 və 100 manatlar isə apreldə gətirilərək dövriyyəyə buraxılacaq. Bütövlükdə yeni nominalların uyğunlaşması növbəti dörd ayda həyata keçirilməlidir.
Cənab Rüstəmov deyir ki, bu, həm müqavilə bağlanmış çap şirkətinin qrafikinə uyğundur, həm də bütün nominalları eyni zamanda dövriyyəyə buraxmaq problem yarada bilər. Ona görə də beynəlxalq ekspertlərin məsləhəti ilə yeni banknotlar tədricən istifadəyə veriləcək. Köhnə pullar isə düz bir il dövriyyədə olacaq.
Elman Rüstəmovun sözlərinə görə, yeni pulların dövriyyəyə buraxılması əhalidə psixoloji problemlərlə müşayiət olunmamalıdır. Ona görə ki, söhbət pulun dəyişdirilməsindən yox, eyni vaxtda köhnə nəsil manatların yeniləriylə əvəzlənməsindən gedir. Bir ilin tamamında isə vaxt məhdudiyyəti olmadan vətəndaşlar onlardakı köhnə pulları heç bir komissiyon xərc olmadan banklarda yeniləri ilə dəyişdirə biləcəklər.
Cənab Rüstəmov bildirir ki, yanvarın 1-dək ölkəyə gətirilmiş yeni manatlar və sikkələr həm dövlət, həm də böyük dövriyyəsi olan özəl banklara paylanacaq. Amma bununla belə, bəzi banklar, məsələn, Beynəlxalq Bank yeni manatla əməliyyatları yanvarın 1-dən yox, 4-dən aparacaq. Buna səbəb bankın böyük pul kütləsinə malik olması ilə bağlıdır.
MB sədrinə görə, yeni manatın dövriyyəyə buraxılması pul kütləsinin artmasına, yəni inflyasiyaya səbəb olmayacaq.
Amma bununla belə, Milli Bank il ərzində pul kütləsinə ola biləcək əlavə tələbatı ödəməyə hazırdır. İlkin dövr üçünsə 1,7 milyard manat dəyərində metal sikkələrlə birgə pul sifariş olunub.
MB İdarə Heyətinin sədri deyir ki, əlavə xərclər nəzərə alınmasa, denominasiya Azərbaycana 16 milyon dollara başa gəlib. Təbliğat-təşviqat xərcləri üçünsə təxminən 16 min avro xərclənib.