Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 20:30

Sapsan quşu uç ildən sonra təbiətə buraxıldı


Səs: Real audio
Həlak olanların ailələri 25 min ABŞ dolları alacaq Dekabrın 29-da Beynəlxalq Biomüxtəliflik Günü ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi şahinkimilərə aid Sapsan quşunu Abşeron Milli Parkı ərazisində təbiətə buraxıb. Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Sədaqət Məmmədova deyir ki, bu quşu 2003-cü ilin payızında Pirallahı qəsəbəsinin sakinləri yaralı vəziyyətdə tapıblar: «Nazirliyin əməkdaşları sənədləşdirmə aparandan sonra Sapsan ixtisasca ornitoloq olan Yelena Qocayevaya verildi. O, quşu sağaltdı və bu gün yenidən təbiətə buraxıldı».



«Qırmızı Kitab»a düşən Sapsan tapılanda körpəymiş, indisə onun üç yaşı var.



2004-cü ildə yaradılan Altıağac Milli Parkında Vəhşi Heyvanların Bərpası Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzdə xəstə, yaralanmış və insaların qanunsuz saxladıqları quş və heyvan növləri şəraitə uyğunlaşdırıldıqdan sonra təbiətə buraxılır.
XS
SM
MD
LG