Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:12

Gənclər aclığı ali məktəbə bərpaya qədər davam etdirəcəklərini deyirlər


Səs: Real audio
Həlak olanların ailələri 25 min ABŞ dolları alacaq Bu ilin noyabrında oxuduqları ali təhsil müəssisələrindən xaric olunan dörd tələbədən ikisi dekabrın 28-də universitetlərə bərpa olunsalar da, bu, digər iki tələbəyə aid edilmədi. Buna etiraz olaraq həmin tələbələr - AXCP və «Yeni Fikir» Gənclər təşkilatlarının üzvləri Namiq Feyziyev və Turan Əliyev aclıq aksiyasına başlayıb. Aksiyaya «Məqam» Hərəkatının koordinatoru Emin Hüseynov da qoşulub. Namiq Feyziyevlə Turan Əliyev hesab edirlər ki, onlar siyasi baxışlarına görə, ali məktəbdən qovulublar.



Təhsil naziri Misir Mərdanov isə dekabrın 29-da bildirdi ki, Namiq Feyziyevin altı fənndən akademik borcu var: «Onun xaric olunmasında siyasi motiv yoxdur. Digər bir tələbə isə intizam qaydalarını pozduğuna görə, xaric edilib».



Aksiya iştirakçıları isə bildirirlər ki, onlar aclığı universitetlərə bərpa olunana qədər davam etdirəcəklər. Onlar mitinq və piketlər keçirməyi də planlaşdırırlar.
XS
SM
MD
LG