Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13
Rubrikalar

İlin ən yaxşı 10 paralimpiyaçısının adı açıqlanıb


Səs: Real audio
Bunlar «Azerphone» Azərbaycan-Almaniya-Britaniya birgə müəssisəsi və «CATEL» (Caspian American Telecommunications) Azərbaycan-Amerika birgə şirkətidir - «Qala» basketbol komandası özünün 6 legioner oyunçusundan üçü ilə vidalaşıb. Bunlar Cemel Bredli, Zviad Babiaşvili və Cülvet Tudcanidir.



«Qala» klubunun rəhbərliyi bu barədə məlumatda bildirir ki, həmin idmançılar klubun beynəlxalq yarışlarda qələbəsi üçün gətirilmişdilər. Amma bir neçə nüfuzlu yarışmada məğlubiyyətdən sonra onların oyunlarına ehtiyac qalmayıb.



- Milli Paralimpiya Komitəsi ilin ən yaxşı 10 paralimpiyaçısının adını açıqlayıb. Cüdo üzrə qitə çempionatının qızıl medalçısı İlham Zəkiyev, uzunluğa tullanmada qızıl medalçı Oleq Panyutin, məsafəyə qaçışda qızıl medalçı Yuri Qornak, Aleksandr Polişuk, pnevmatik tapançada bürünc medalçı Yelena Taranova ilin ən yaxşı oyunçusu elan ediliblər.



Bu siyahı Zeynəddin Bilalov, Kərim Sərdarov, Vüqar Adışirinov, Afaq İsmayılova və Nadir Ələkbərovun adları ilə yekunlaşır. İlin ən yaxşı məşqçiləri isə yüngül atletika üzrə yığma komandanın baş məşqçisi Sergey Təhməzov və cüdo üzrə yığma komandanın baş məşqçisi Əhməd Rəcəbli elan ediliblər.
XS
SM
MD
LG