Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

KVN QİÇS-ə qarşı


Səs: Real audio
Auksion Mərkəzinin direktoru Ağəli Əhmədov barədə isə həbs-qətimkan tədbiri dəyişdirilib - Biz də bu mübarizəyə qoşuluruq və mətnaltı yumorla gəncləri düzgün yola çəkmək istəyirik.



Bu, QİÇS-ə qarşı mübarizə mövzusunda keçirilən şən və hazırcavablar klubları [KVN] festivalının iştirakçısı, Dillər Universitetinin tələbəsi Əziz Əliyevdir.



Gənclər, İdman və Turizm Nazirliyinin həyata keçirdiyi bu festivalda dövlət və özəl universitetlərin 8 şən və hazırcavablar klubu iştirak edirdi. Nazirliyin uşaq və gənclərlə iş üzrə idarə rəisi Fərhad Hacıyev deyir ki, gəncləri QİÇS xəstəliyi ilə bağlı maarifləndirmənin ən səmərəli yolu onlar üçün maraqlı olan üsulları seçməkdir:



- Qlobal Fondu Azərbaycana 6 milyon dollar məbləğində maliyyə ayırıb ki, SPİD-lə mübarizə sahəsində böyük işlər görülsün. Gənclər, İdman və Turizm Nazirliyi bu layihənin təbliğat kampaniyasını öz üzərinə götürüb. Bunun şən və hazırcavablar klubları festivalı formasında keçirilməsinin də əsas məqsədi odur ki, bu məlumatı gənclər üçün daha maraqlı olan üsullarla çatdıraq.



Festivalda iştirak edən klublara diplomlar verildi. Fərhad Hacıyev növbəti belə tədbirlərin regionlarda keçiriləcəyini deyir:



- Bundan sonra bu kampaniya ilə regionlara çıxacağıq. Belə tədbirləri digər iri şəhərlərimizdə – Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Şəkidə keçirməyi planlaşdırırıq. Daha çox inter-aktiv formada təşkil edəcəyik ki, zalda oturanların da tədbirdə iştirak etməsinə şərait yaransın.
XS
SM
MD
LG