Səs: Real audio
«AzAL» Dövlət Konserni dekabrın 23-də Bakı yaxınlığında AN-140-100 sərnişin təyyarəsi qəzaya uğradıqdan sonra bu tipdən olan təyyarələrin istismarına və ya onun alınmasına heç bir qadağa qoymayıb Rəşad Allahverdiyev Ağstafa rayonunda kənd təsərrüfatı sahəsində biznesini genişləndirmək üçün bir neçə bankdan kredit götürmək istəyib. Amma bütün sənədlər hazır olanda ona illik faizdən başqa "şapka" məsələsini də xatırladıblar. Belə olan halda o, kredit götürməkdən imtina edib.
Digər bir problem apteklərə lisenziyaların verilməsi ilə bağlıdır. Beyləqan rayon sakini, "Əczaçı" kiçik müəssisəsinin rəhbəri Nazim Quliyev birinci dəfə bu problemlə 2003-cü ildə aptek açanda üzləşib. Onun sözlərinə görə, rayonda aptek açmaq üçün 5 aydan artıq Səhiyyə Nazirliyi, Prezident Aparatı və digər aidiyyəti orqanlara müraciət etməli olub.
Növbəti dəfə lisenziyanın vaxtını uzatmaq üçün sənədləri Səhiyyə Nazirliyinə təqdim edəndə isə, hər dəfə bir bəhanə ilə onu geri qaytarıblar.
Çətinliklərə baxmayaraq, Nazim Quliyev lisenziyanın vaxtını uzada bilib. Amma cənab Quliyev deyir ki, bir çoxları ondan fərqli olaraq, bir neçə ay get-gəldənsə, bu məsələni rüşvətlə həllinə üstünlük verir.
Daha ətraflı Audio hissədə