Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:53

Regionlarda gənclər üçün tədris mərkəzləri yaradılır


Səs: Real audio
İşgəncələrə Qarşı Komitənin rəhbəri Elçin Behbudov: «Sabiq nazir deyir ki, günahım yoxdur, çirkin oyunların qurbanı olmuşam» Yanvar ayından başlayaraq Göyçay və ətraf rayonlarda yaşayan gənclər arzu etdikləri peşələri öyrənmək imkanı qazanacaqlar. Həm də heç bir pul ödəmədən. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Göyçay şəhərində regional tədris mərkəzi yaradılıb.



Mərkəz üçün tikilən binanın artıq hazır olduğunu deyən nazirliyin idarə rəisi Şükür Mehrabovun sözlərinə görə, mərkəzdə hər hansı bir peşə öyrədilərkən əmək bazarının da tələbləri nəzərə alınacaq:



- Əmək bazarı, buradakı tələb və təklif daim dəyişir. Biz bunları nəzərə almaq şərti ilə həmin regional mərkəzdə işsiz adamlara 2-3 ay ərzində modul proqram əsasında kənd təsərrüfatı məhsullarının emalı, dərzi, suvaqçı, çilingər, elektrik qaynaqçısı və s. bu kimi peşələri öyrədəcəyik.



Mərkəzdə peşə kursu keçən hər bir gəncə sertifikat da veriləcək. Şükür Mehrabov digər regionlarda da belə tədris mərkəzlərinin yaradılmasının planlaşdırıldığını deyir:



- Bu iş davam etdiriləcək. Növbəti illərdə Naxçıvan və digər iri sənaye şəhərlərində də belə mərkəzlərin istifadəyə verilməsi nəzərdə tutulub.
XS
SM
MD
LG