Səs: Real audio
İşgəncələrə Qarşı Komitənin rəhbəri Elçin Behbudov: «Sabiq nazir deyir ki, günahım yoxdur, çirkin oyunların qurbanı olmuşam» Dekabrın 27-də İşgəncələrə Qarşı Komitənin rəhbəri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə görüşəndən sonra onun zaminə götürülməsiylə bağlı prezidentə müraciət edib. Cənab Behbudovun sözlərinə görə, bunu sabiq nazir özü də istəyir: «Fərhad Əliyev deyir ki, günahım yoxdur, çirkin oyunların qurbanı olmuşam».
Elçin Behbudov bildirir ki, sabiq nazirin səhhəti hazırda normaldır: «Dedi ki, dekabrın 22-dən 23-nə keçən vaxt üzünü qırxanda başı hərlənib. Qan təzyiqini ölçəndə 80-40 olub. Sonra Mərkəzi Kliniki Xəstəxanaya aparıblar. İndi həkim nəzarətindədir. Vəziyyəti yaxşıdır. Soruşdum ki, niyə birdən-birə vəziyyətin ağırlaşdı, dedi stress keçirirəm, əsəbiləşirəm, ondandır».
Cənab Behbudov dekabrın 27-də həmçinin Fərhad Əliyevin qardaşı «Azpetrol»un keçmiş prezidenti Rafiq Əliyevə, keçmiş Səhiyyə və Maliyyə nazirləri Əli İnsanov və Fikrət Yusifova da baş çəkib. Sabiqlər həm həbs olunan vaxt, həm də istintaq dövründə onlara qarşı zorakılıq göstərilmədiyini bildiriblər.
Fərhad Əliyevin vəkili Elton Quliyev isə keçmiş nazirin istintaqa hələ də ifadə vermədiyini bildirir. Əli İnsanovun vəkili Toğrul Babayev isə müdafiə etdiyi şəxsin səhhətinin pisləşdiyini, onun onurğa sütunun ağrılarından əziyyət çəkdiyini deyir.
Milli Təhlükəsizlik Nazirilyi Mətbuat Xidmətinin rəhbəri Arif Babayevin verdiyi məlumata görəsə, dövlət çevrilişinə cəhddə itiham edilərək həbs edilən keçmiş məmurların səhhəti normaldır, onlar həkim nəzarətindədirlər.