Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 04:16

Azərbaycan mediası ilayrıcında


Səs: Real audio
«AzAL» Dövlət Hava Yolları Konserninin baş direktorunun birinci müavini Sabir İlyasov deyir ki, qəzanın araşdırılması xeyli vaxt tələb edir 2005-ci il media sahəsində hansı hadisələrlə yaddaşlarda qaldı?



1. 2005-ci il martın 2-də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov evinin girəcəyində qətlə yetirildi. Hüquq-mühafizə orqanları qətlin istintaqının davam etdiyini deyir, qətldə şübhəli bilinən Tahir Xubanov və Teymuraz Əliyevin «İnterpol» xəttilə axtarışda olduğunu bildirir. Ancaq mərhumun yaxınları, «Elmar Hüseynov Fondu» siyasi qətl adlandırdıqları bu işin üstünün açılmamasında maraqlı qüvvələrin olduğunu deyirlər. Mərhumun həyat yoldaşı Rüşaniyyə Hüseynova: «Məncə, bu işin üstü açılmayacaq, bunun üçün şərait olmalıdır, Milli Təhlükəsizlik Nazirliyi, istintaq orqanları elə danışırlar, ancaq nəticə yoxdur».



2. 2005-ci il müxalifətin icazəli və icazəsiz aksiyaları zamanı onlarla jurnalistə fiziki təzyiq göstərilib.



3. Avqustun 29-da Azərbaycan Avropa Şurasının (AŞ) daha bir öhdəliyini yerinə yetirdi, İctimai Televiziya açıldı. Bu televiziyanın əsas dəyərlərinin neytrallıq və qərəzsizlik olduğu bildirilsə də, onun dörd aylıq fəaliyyəti bir sıra tənqidlərə məruz qaldı. Tənqidçilər bu telekanalın dövlət televiziyasından elə də fərqlənmədiyini iddia edirlər. «Human Rights Watch» Beynəlxalq İnsan Haqları Təşkilatının parlament seçkisindən sonra yaydığı hesabatda İTV-lə bağlı belə bir tövsiyə irəli sürüldü ki, Azərbaycanın AŞ qarşısında öhdəliklərinə uyğun olaraq sözügedən kanalın ideal müstəqilliyi təmin edilsin.



4. Dekabrda «İnformasiya əldə etmək haqqında» qanun qüvvəyə mindi. Qanunda informasiya əldə etmək üçün verilən sorğuya cavab müddəti bir aydan 7 günə endirildi, informasiya sahibləri müəyyənləşdirildi, dövlət idarələrinə İnternetdə informasiya ehtiyatlarını müəyyənləşdirmək tapşırıldı.



5. 2005-ci il parlament seçkisi ili iqtidar qəzetləri və iqtidaryönlü televiziyaların müxalifət liderlərini gözdənsalma, müxalifət qəzetlərinin isə əksinə - hakimiyyətdəki rəqiblərinə qarşı eyni kampaniyaları müşahidə olundu. Seçkiöncəsi bir neçə media orqanı «Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin Seçki Kampaniyalarında Davranış Kodeksi» adlı sənədə imza atsa da, gözdənsalma ilin sonunadək davam etdi.



«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev seçki ilində medianın öz öhdəliklərini layiqincə yerinə yetirmədiyini deyir. Bildirir ki, ümumilikdə ötən il medianın düşmüş olduğu böhranlı vəziyyətdən çıxmaq üçün təxmini istiqamətlər də müəyyənləşdirilmədi.



İndi isə Azərbaycan mediası üçün gələn ilin gözləntiləri:



1. 2006-cı ilin birinci yarısında İnformasiya Məsələləri üzrə müvəkkil təyin olunmalıdır;



2. Bütün dövlət orqanlarında informasiyayla işləmək üçün şəxslər təyin olunacaq;



3. 2006-cı il martın 2-də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin bir ili tamam olur.



4. Mətbuat Şurası dekabrda Təhsil naziri Misir Mərdanovla redaktorların görüşünü təşkil etdi, 2006-cı ildə daha bir neçə dövlət məmuruyla, nazirlərlə görüş nəzərdə tutulur. Bu məqsədlə redaksiyalara müraciət olunub ki, onlar üçün ən qapalı dövlət idarəsini müəyyənləşdirsinlər.



5. Gələn il - aprelin 7-də «Molla Nəsrəddin» jurnalının 100 illiyi keçiriləcək. Yubileyin dövlət səviyyəsində qeyd olunması üçün Mətbuat Şurası prezidentə müraciət edib.



6. 2006-cı ildə yeni telekanalların yaranacağı istisna deyil. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bunun üçün problem görmür. Televiziya mütəxəssisi Zeynal Məmmədli: «Bir yo
XS
SM
MD
LG