Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:47

Çexiyada Qarabağla bağlı tədbir keçirilib


Səs: Real audio
Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Arif Babayev: «Ümumiyyətlə, MTN-də bu cür hallara yol verilməsi qeyri-mümkündür» "Qlobus"un bu dəfəki qonaqları:



- Türkiyənin Bursa şəhərindəki «Azərbaycan Evi» dərnəyinin sədri Zeki Arıkan;



- Avstriyadakı Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəri Tofiq Fərzi;



- Ukrayna Azərbaycanlıları Konqresinin Kirovoqrad vilayətinin rəhbəri Vilayət Məmmədov;



- və "Azər – Çex" cəmiyyətinin sədri Elşən Nəzərov.



- "Qlobus"un birinci qonağı Türkiyənin Bursa şəhərindən Zeki Arıkandır. O, Türkiyədə anadan olub. Hazırda müstəqil vəkil kimi fəaliyyət göstərir. Zeki bəy deyir ki, hazırda Bursada yaşayan azərbaycanlılar əsasən ötən əsrin əvvəlində Azərbaycandan Türkiyəyə köçənlərin övladlarıdır.



Ötən il Türkiyənin bir çox şəhərlərində Azərbaycan cəmiyyətləri yaradılıb. Bunlardan biri də Bursada yaradıldı. Zeki Arıkan "Azərbaycan Evi" dərnəyinin sədridir.



- Növbəti həmsöhbətim Avstriyanın Qrats şəhərindən Tofiq Fərzidir. O, İran azərbaycanlılarındandır, 40 ildən çoxdur ki, Avstriyada yaşayır. İlk dəfə isə bu ölkəyə təhsil almaq üçün gəlmişdi. Deyir ki, Avstriyadakı azərbaycanlıların əksəriyyəti İran azərbaycanlılarıdır.



Tofiq Fərzi 1990-cı ildə Avstriyada yaradılan Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədridir. Cəmiyyətin 30-a yaxın üzvü var. Deyir ki, Avstriyanın başqa şəhərlərində də azərbaycanlıları birləşdirən qurumlar fəaliyyət göstərir.



- Digər qonağımız Ukrayna Azərbaycanlıları Konqresinin Kirovoqrad regional təşkilatının sədri Vilayət Məmmədovdur. O, Bakıda institutu bitirəndən sonra 27 il əvvəl təyinatla Ukraynaya işləməyə gəlib. O vaxtdan da bu ölkədə qalıb, uzun müddət ictimai-iaşə idarəsinin müdiri kimi çalışıb, hazırda ticarətlə məşğuldur. Deyir ki, Kirovoqrad vilayətində 3 minə yaxın azərbaycanlı yaşayır.



- Sonuncu qonağımız isə "Azər – Çex" cəmiyyətinin sədri Elşən Nəzərovdur.



Bu günlərdə Çexiyanın ikinci böyük şəhəri olan Brnoda Çexiyanın "Nefehnuti" qeyri-hökumət təşkilatının təşəbbüsü ilə Qarabağ münaqişəsinə həsr olunan "İşğal, yoxsa azadlıq" adlı tədbir keçirilib. Tədbirin məqsədi münaqişə tərəflərinin fikirləri ilə tanış olmaq idi. Tədbirdə Azərbaycan tərəfini "Azər – Çex" cəmiyyətinin sədri Elşən Nəzərov və Qarabağ əlili Fuad Alxasov təmsil ediblər.



Elşən Nəzərov deyir ki, hazırda "Azər – Çex" cəmiyyəti türk diasporası ilə birgə fəaliyyət göstərmək üçün səylər göstərir.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG