Səs: Real audio
Amma pilotların danışıqlarını lentə alan maqnitofon aşkar edilməyib 2005-ci il insan haqlarının vəziyyəti sahəsində bu hadisələrlə yadda qaldı:
Yanvar ayında «Human Rights Watch» Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Təşkilatı Azərbaycanda insan haqlarının vəziyyətini tənqid edən hesabat yaydı.
Fevral ayında ABŞ və Avropa Birliyi ATƏT-in 2003-cü il oktyabr hadisələri ilə bağlı bəyanatını dəstəklədi. Sənəddə məhkəmə proseslərinin insan haqları və beynəlxalq öhdəliklərə cavab vermədiyi bildirilirdi.
11 saylı cəzaçəkmə yerində məhbuslar saxlanma şəratinə etiraz olaraq qiyam qaldırdılar. Onların yaxınları həbsxana rəhbərliyini rüşvət almaqda və məhbuslara işgəncə verməkdə ittiham etdilər.
Mart ayında ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda çoxsaylı insan hüquqlarının pozuntusu olduğu bildirildi.
Prezident İlham Əliyev növbəti əfv fərmanı imzaladı. 114 nəfər azadlığa buraxıldı, onlardan 53 nəfəri Avropa Şurasının siyasi məhbus kimi tanıdığı insanlar idi.
Bu ayda prezident həmçinin daha 100 nəfər məhbusu əfv etdi.
«Cümə» Dini İcmasının üzvləri bir il əvvəl çıxarıldıqları məsciddə ibadət etmək istəyəndə, dindarlarla polis arasında qarşıdurma oldu.
May ayında «Qobustan» həbsxanasında ömürlük azadlıqdan məhrum edilmiş 28 məhbus aclıq aksiyası keçirdi.
200-ə yaxın hüquqşünas Vəkillər Kollegiyasına buraxılmadıqlarına etiraz olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutdular.
Sentyabr ayında beynəlxalq hüquq müdafiə təşkilatlarının birləşdiyi İnsan Hüquqları Evi Azərbaycan hökumətini vətəndaşlar üçün qorxusuz şərait yaratmağa çağırdı.
Noyabr ayında «Forum 18» Təşkilatı Azərbaycandakı dini icmalara qaşı təzyiqlərin artmasından narahat olduğunu bildirdi.
Təhsil Nazirliyi müxalifətin mitinqlərinə gedən tələbələrin cəzalandırılacağını bildirdi, bundan sonra üç tələbə təhsil aldığı universitetdən xaric edildi.
«McDermott» şirkətinin minə qədər fəhləsi iş yerində hüquqlarının pozulmasına etiraz olaraq tətil keçirdilər.
Noyabr ayında müxalifətin sonuncu icazəli mitinqi dağıdıldı, onlarla aksiyaçı döyüldü.
Dekabr ayında «Human Rights Watch» insan haqlarıyla bağlı problemlərin həlli üçün Avropa Birliyini Azərbaycana təzyiq göstərməyə çağırdı.
Fevral qiyamında iştirak emiş 13 məhbus 12 ilə qədər azadlıqdan məhrum edildi.
Azərbaycanda fəaliyyət göstərən İşgəncələr Əleyhinə Komitə illik hesabatında bildirdi ki, bu il ölkədəki istintaq təcridxanalarında 80-ə yaxın məhbus işgəncəyə məruz qalıb.
İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova ona gələn şikayətlərin çoxunda insan haqlarının əksər hallarda məmur özbaşınalığı nəticəsində pozulduğunu bildirdi.
Ekspert Müzəffər Baxışov isə deyir ki, müstəqil məhkəmələrin formalaşması üçün islahatlar həyata keçirilmədiyindən 2005-ci ildə vətəndaşların hüquqları daha çox hüquq-mühafizə orqanlarında və məhkəmələrdə pozulub.
Hüquq müdafiəçiləri 2006-cı ildə də işlərinin asan olmayacağını düşünürlər. Demokratiya və İnsan Hüquqları Komitəsinin rəhbəri Çingiz Qənizadə 2005-ci ildə ölkədə sahibkarlara qarşı yönəlmiş hücumların 2006-cı ildə davam edəcəyindən narahatdır: «Bu adamlar səbəb oldu-olmadı, həbs edilirlər, var-dövlətləri əlllərindən alınır. Bu proses hələ aylarla uzanacaq. Çünki hər gün hansısa rayonda bir sahibkarın, bir zavod direktorunun həbs olunduğunu eşidirik. Qanunsuz məhkəmə hökmləri, məmurların bəzən prezidenti eşitməmələri göstərir ki, ümidverici bir şey yoxdur».
Di