Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Zəvvarların ilk qrupu Məkkəyə yola düşüb


Səs: Real audio
Qurban bayramı gələn il yanvarın 10-a təsadüf edir Dekabrın 24-də gecə azərbaycanlı zəvvarların ilk qrupu 29 avtobusla Məkkəyə yola düşüb. Onlar İran, Türkiyə, Suriya və İordaniya ərazilərindən keçərək Səudiyyə Ərəbistanında Həcc ziyarəti edəcəklər. İraq ərazisindən keçən marşrut daha qısa olsa da, həmin ölkədəki vəziyyətlə bağlı belə dolanbac marşrut seçilib.



Bu il müsəlmanların əsas bayramlarından olan Qurban bayramı ərəfəsində Azərbaycandan 3500-ə qədər zəvvar Həcc ziyarətinə gedəcək. Zəvvarların qalan hissəsi dekabrın 27-də avtobusla, yanvarın əvvəlində isə təyyarə ilə yola düşəcək.



Dini qaydalara görə, hər bir imkanlı müsəlman Həcc ziyarəti etməlidir. Qurban bayramı gələn il yanvarın 10-a təsadüf edir. Müsəlmanlar həmin gün qoyun və ya başqa bir ev heyvanı qurban kəsir, ətindən kasıblara pay göndərirlər. Dini kitablar bu ayı İbrahim peyğəmbərin Allahın yolunda öz oğlunu qurban kəsmək istəyi və Allahın onun dininə bu sadiqliyini görüb qurban kəsmək üçün əvəzində iki qoyun göndərməsi ilə bağlayırlar.
XS
SM
MD
LG