Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:14

Bakıdan Naxçıvana uçuşların sayı artırıla bilər


Səs: Real audio
Bu haqda prezident "AzAL"ın rəhbərliyinə göstəriş verib Yeni ildən Bakıdan Naxçıvan Muxtar Respublikasına uçan təyyarə reyslərinin sayı artırıla bilər.



Bu haqda prezident İlham Əliyev bir neçə gün bundan əvvəl Naxçıvanda səfərdə olarkən "AzAL"ın rəhbərliyinə göstəriş verdi.



Dekabrın 19-da Muxtar Respublikanın Ali Məclisində keçirdiyi geniş müşavirədə dövlət başçısı bir daha bu məsələyə qayıtdı. Elə müşavirədəcə "AzAL" Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov bu məsələnin yanvarın 1-dən həllini tapacağını bildirdi.



"AzAL"ın Bakı Ofisindən "Azadlıq" radiosuna verilən məlumata görə, hazırda Muxtar Respublikaya dörd təyyarə reysi işləyir. Sərnişinlərin sayı çox olduğu zaman reyslərə əlavə təyyarələr salınır. Dekabrın 23-də də sərnişinlərin sayı çox olduğundan Muxtar Respublikaya əlavə sərnişin təyyarəsi uçub.



Yanvar ayından əsas təyyarə reyslərinin artacağı barədə isə "AzAL"da hələlik hər hansı dəqiq məlumat yoxdur.
XS
SM
MD
LG