Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:40

Qarabağa dair ədəbiyyat diqqətdən kənardadır


Səs: Real audio
Bir qrup ziyalının keçirdiyi toplantıda bununla bağlı azərbaycanlılara və hökumətə müraciət olunub Dağlıq Qarabağ münaqişəsiylə bağlı elmi və bədii ədəbiyyatın çap edilməsi üçün Azərbaycan dövlətinin, ictimaiyyətinin və dünya azərbaycanlılarının yardımını gözləyirik.



Bu fikirlər bir qrup yazıçı, hərbçi və alimin dünya azərbaycanlılarına, Azərbaycan hökuməti və ictimaiyyətinə müraciətində yer alıb.



Azərbaycan Yazıçılar Birliyinin Azərbaycan Naminə Hərəkatla birgə keçirdiyi toplantıya qatılan AzTV-nin keçmiş rəhbəri Babək Hüseynoğlu bildirdi ki, yaşlı və gənc nəsil üçün ədəbiyyatın həm yazılması, həm də nəşri çox aşağı səviyyədədir. Onun fikrincə, hətta orta məktəb kitablarında da münaqişəyə dair məlumatlar azlıq təşkil edir. Olan materiallarda isə uşaqlara qorxu, xof, dəhşət hissləri aşılanır.



Yazıçılar Birliyi nəzdində Qarabağla Bağlı Ədəbiyyatın Təbliğatı Bürosunun rəhbəri Nazim Əhmədli isə bildirir ki, indiyə qədər Dağlıq Qarabağ münaqişəsinə dair ədəbiyyatı çap etmək üçün bir neçə nazirliyə, iş adamına müraciət ediblər. Amma hər dəfə «imkan yoxdur» cavabını alıblar.



Milli Elmlər Akademiyasının 60 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə prezident İlham Əliyev də bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, tarixi və bədii ədəbiyyatı hazırlayıb təbliğ etmək Azərbaycan alimlərinin, yazıçılarının üzərinə düşən vəzifədir. Prezident həmçinin qeyd etmişdi ki, bu işlərin görülməsi üçün maliyyənin ayrılmasında heç bir problem yoxdur.
XS
SM
MD
LG