Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:16

<i>«Yeni Azərbaycan»</i>: «Rusiyalı həmsədrin fikirləri birmənalı qarşılanmadı»


Səs: Real audio
Nazir sülh sazişi barədə deyilənləri təkzib edir "Yeni Azərbaycan" qəzetindəki "Rusiyalı həmsədrin fikirləri birmənalı qarşılanmadı" başlıqlı məqaləsində Aqşin yazır ki, yerli politoloqlar cəbhə xəttində sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi ilə razılaşmır.



Politoloq Vəfa Quluzadə rusiyalı həmsədr Yuri Merzlyakovun fikirlərini şərh edərkən bildirir ki, kontingentin bölgəyə gətirilməsi haqqında danışmaq hələ tezdir. Onun fikrincə, ilk olaraq siyasi məsələlərdə razılaşmaq lazımdır.



Politoloq Rasim Musabəyov da düşünür ki, bu ideyanın geniş təbliği əsas diqqəti məsələnin mahiyyətindən uzaqlaşdırmağa və çaşqınlıq yaratmağa xidmət edir.



Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə belə hesab edir ki, kontingenti regiona gətirməmişdən əvvəl bir razılaşma olmalıdır. Mübariz Əhmədoğlu sülhməramlı qüvvələrin cəbhədə yerləşdirilməsinin yolverilməz olduğunu bildirir. Çünki, bu günədək regionda mövcud olan 4 münaqişə regionunun 3-də sülhməramlı qüvvələrin yerləşdirilməsinə baxmayaraq, heç bir nailiyyət əldə olunmayıb.



"Azadlıq" qəzetindəki "Hökumətdən Azərbaycana daha bir zərbə" adlı məqaləsində Qənimət Zahid yazır ki, İlham Əliyevin hökuməti Azərbaycanı bir daha yarım milyard dollar ziyana salıb.



Müəllif yazır ki, artıq üçüncü ildir Amerikanın "Minilliyin çağırışı" proqramı üzrə ayırdığı yardım Azərbaycana ayrılmır. 2004 və 2005-ci illərdə olduğu kimi, 2006-cı ildə də Azərbaycan bu layihə üzrə təqribən 500 milyon dollarlıq yardımı ala bilməyəcək. Müəllif bildirir ki, bu yardım inkişaf etməkdə olan ölkələrə cəmiyyətin həyatının müxtəlif sahələri üzrə müsbət göstəricilərə görə ayrılır. Müəllif xatırladır ki, Azərbaycanın məhrum edildiyi bu məbləğ hər il Ermənistan və Gürcüstana da ayrılır.



"Ayna" qəzetindəki "Qəbəlilər ekoloji genosidə məruz qalırlar" başlıqlı məqaləsində Aynurə yazır ki, Qəbələ Radiolokasiya Stansiyasının (RLS) fəaliyyəti nəticəsində həmin bölgələrdə yaşayan insanlar arasında müxtəlif xəstəliklərə tutulma halları nəzərəçarpacaq dərəcədə artıb.



Müəllif Məstəqil Ekoloji Araşdırmalar Mərkəzinin direktoru Eldəniz Yusibova istinadən bildirir ki, stansiyanın fəaliyyəti nəinki Qəbələ rayonunda, həmçinin Ağdaş, Göyçay, Ucar, İsmayıllı, Zərdab, Kürdəmir rayonlarında yaşayan insanları da böyük fəlakətlə üzbəüz qoyur. Eldəniz Yusifov deyir ki, gələcəkdə bu bölgənin ekoloji fəlakətlə üzləşməsinin qarşısını almaq üçün indidən fəaliyyətə başlamaq lazımdır. "Hamılıqla əl-ələ verib bu stansiyaların fəaliyyət göstərməsinə imkan verməməliyik".
XS
SM
MD
LG