Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Polşa Azərbaycanla hərbi əməkdaşlığı genişləndirmək istəyir


Səs: Real audio
Nazir sülh sazişi barədə deyilənləri təkzib edir Polşa digər istiqamətlərdə olduğu kimi, hərbi sahədə də Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır. 2006-cı ilin yanvar-fevral aylarında Bakıya gələcək Polşa hökumətinin rəsmiləri hərbi əməkdaşlıq məsələsində də konkret hədəflər müəyyən etməyə calışacaqlar. Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski dekabrın 22-də keçirdiyi mətbuat konfransında belə dedi: «Polşa NATO-nun üzvüdür. Biz dostumuz olan Azərbaycanla öz təcrübəmizi bölüşməyə hazırıq. Ölkələrimiz arasında hərbi əməkdaşlıq haqda saziş var və bu əməkdaşlığı gerçəkləşdirmək istəyirik. Polşa Azərbaycanın NATO və Avroatlantik strukturlara üzv olmasını dəstəkləyir və bu standartlara uyğun hərbi sənayenin qurulmasına dəstək verməyə hazırdır».



Cənab Krayevskinin sözlərinə görə, Azərbaycanın müstəqilliyinə, demokratiyanın inkişafına həmişə dəstək verən Polşa ölkələrarası ticarət dövriyyəsinin yalnız 50 milyon dollar həcmində olmasına qane ola bilməz. Polşanın yeni hökuməti hər iki ölkənin iqtisadi potensialından istifadə edərək əlaqələri genişləndirmək istəyir. Bu məqsədlə 2006-cı ilin əvvəlində Polşa hökumətinin nümayəndələri geniş əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Bakıya gələcəklər. Polşa səfiri Azərbaycandan neft və qaz alınmasında və tikinti sektorunda da maraqlı olduqlarını bildirdi.



Polşa Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olsa da, dövlətlərarası əməkdaşlığa dair yalnız 10-a yaxın sənəd var ki, bunların da əksəriyyəti prezident İlham Əliyevin mart ayında bu ölkəyə səfəri zamanı imzalanıb.
XS
SM
MD
LG