Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22
Rubrikalar

İlin ən yaxşı 10 idmançısı məlumdur


Səs: Real audio
Ekspert deyir ki, ipoteka krediti almaq imkanlarından bütün evsiz gənclər istifadə edə bilməyəcəklər Amma onların adları hələlik açıqlanmır



- Gənclər, İdman və Turizm Nazirliyi ilin ən yaxşı 10 idmançısı adına kimlərin layiq görüləcəyi ilə bağlı sorğuları yekunlaşdırıb. Məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov verib.



Cənab Abbasov bildirib ki, hələlik adı açıqlanmayan qaliblərə mükafatlar dekabrın 27-də Bədən Tərbiyəsi və İdman Akademiyasında keçiriləcək mərasimdə təqdim olunacaq.



- Dekabrın 22-də Azərbaycan Karate Federasiyaları Assosiasiyasının [AKFA] təşkilatçılığı ilə Maştağa Olimpiya İdman Kompleksində keçirilən karate üzrə açıq ölkə çempionatı başa çatıb.



Uşaq, yeniyetmə və gənclər arasında keçirilən yarışmada kişilərdən Sərxan Babayev, Azər Məmmədov, Həsən Atayev, Marasxab Duduyev, Kamran Qəbulov, Elçin Hüseynov, Ruslan Əliyev, Etiqad Atakişiyev, qadınlardan isə Arzu Dadaşova müxtəlif çəki dərəcələrində birinci yeri tutublar.
XS
SM
MD
LG