Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:16

<i>«Xalq Cəbhəsi»</i>: «Gürcüstanda azərbaycanlılara qarşı silahlı basqın»


Səs: Real audio
Hollandiyalı səhmdarlara məxsus "Azpetrol Group" və "Azpetrol Oil Services Group" bəyanat yayaraq "Azpetrol Ltd."-nin səhmlərinin əllərindən alınmasını Azərbaycan hökumətinin "düşmənçilik əməli silsiləsinin davamı" adlandırıb «Yeni Azərbaycan» qəzetindəki «Ermənistan əvvəllər prinsipial saydığı məsələlərdən geri çəkilib» başlıqlı məqaləsində Aqşin yazır ki, həmsədrlərin regiona sonuncu səfəri göstərdi ki, danışıqlar prosesinin yüksək tempi saxlanılır. Məqalədə bildirilir ki, ATƏT-in Minsk Qrupunun ötən həftə regiona reallaşan səfərindən sonra Dağlıq Qarabağ münaqişəsinin 2006-cı ildə həllinə dair səsləndirilmiş bəyanatlar bir sıra dairələrdə optimist əhval-ruhiyyənin yaranmasına səbəb olub. Hətta bəziləri daha da irəli gedərək, mövqelərin də xeyli yaxınlaşdığını söyləyirlər. Məsələn, Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə layihə direktoru Sabina Freyzer bildirir ki, Ermənistan əvvəllər prinsipial saydıqları məsələlərdən geri çəkilib. Onun fikrincə, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair sülh sazişindən uzaq deyil, amma tərəflər kompromisin saxlanılması məqsədilə bir qədər ciddi addımlar atmalıdır. Sabina Freyzer 2006-cı ildə tərəflərin buna nail ola bilib və ya əksinə heç bir irəliləyişlərin müşahidə edilmədiyinin aydınlaşacağını qeyd edib.



«Xalq Cəbhəsi» qəzetindəki «Gürcüstanda azərbaycanlılara qarşı silahlı basqın» başlıqlı məqalədə bildirilir ki, svanlar yaşayan kəndin yaxınlığında üç azərbaycanlı maskalı və silahlı şəxslərin basqınına məruz qalıb. Məqalədə bildirilir ki, həmin şəxslərə zor tətbiq olunub və bədən xəsarəti yetirilib. Qəzet yazır ki, zərərçəkənlər Gürcüstanın Qardabani rayonunun Nəzərli kənd sakinləri Nazim Əhmədov, Şahin Əhmədov və Elçin Hacıyevdir.



«Üç nöqtə» qəzetindəki «Vergi Məcəlləsinə edilən dəyişikliklər inkişafa təkan verəcək» başlıqlı məqalədə Rəşad Sadıqov yazır ki, ümumilikdə məcəllənin 50 maddəsində 74 dəyişiklik edilib. Məqalədə bildirilir ki, nazirliyin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev bununla bağlı bildirib ki, son dəyişikliklər ölkə iqtisadiyyatının daha da sürətlə inkişafına təsirini göstərəcək. Müəllif yazır ki, Azərbaycanda gələn ilin yanvarından reallaşacaq denominasiya – yəni pul vahidinin dəyişdirilməsi prosesi ilə bağlı Vergi Məcəlləsinin dörd maddəsində bir sıra dəyişikliklər edilib. Eyni zamanda məcəllədə ƏDV ilə bağlı beş maddədə dəyişiklik edilib.
XS
SM
MD
LG