Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:58

YUNISEF qanunun yerinə yetirilməməsindən narahatdır


Səs: Real audio
Həmmuruzəçi məsələnin ciddi müzakirəyə səbəb olacağını bildirir BMT-nin Uşaq Fondu olan YUNISEF «Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» qanunun yerinə yetirilməməsindən narahatdır. Bu narahatlığı Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Nanna Sinqer dilə gətirib. YUNISEF–in Media və İctimai Əlaqələr üzrə məsul işçisi Ayna Mollazadə «Azadlıq» radiosuna bildirib ki, onlarda məlumatlar var ki, qəbul olunandan bəri həmin qanun yerinə yetirilmir. Bu məqsədlə təşkilat Azərbaycanda monitorinq aparmaq niyyətindədir.



«Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» qanun 2003-cü ilin yanvarından qüvvəyə minib.
XS
SM
MD
LG