Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:42
Rubrikalar

«Boş məkanın dolğunluğu»


Səs: Real audio
Həmmuruzəçi məsələnin ciddi müzakirəyə səbəb olacağını bildirir Bu dəfə:



- "Festivallar və mədəniyyət" mövzusunun izinə düşəcək;



- Azərbaycanın ilk peşəkar dirijorlarından Əhəd İsrafilzadəni anacaq;



- «Festival» sözünün lüğəti mənasını yada salacaq;



- «Mentalitet dolması»na qonaq olacaq;



- və hər dəfə tanınmış sənətçi və teatr xadimi Rafiq Əliyevin açıqlamalarını eşidəcəksiz.



ƏHƏD İSRAFİLZADƏNİN ÖLÜMÜNDƏN 40 GÜN KEÇDİ



Əbdüləhəd Hüseyn oğlu İsrafilzadə 1914-cü ildə Bakıda tacir ailəsində doğulmuşdu. Böyük qardaşı Süleyman gizli Müsavat partiyasının Bakı komitəsinin üzvü idi. Müsavatın iclasları onların evlərində keçirilirdi. Müsavat sevgisi qardaşlara baha başa gəlir. Süleyman bəy 1926-cı ildə tutulur, 37-ci ildə güllələnir. Əbdülxaliq tutulub sürgün edilir, İkinci Dünya müharibəsində həlak olur. Məhəmmədağa könüllü orduya gedib şəhid olur. Yalnız Əbdürrəhman müharibədən sağ qayıdır. O, da tezliklə ölür. İsrafilzadələrin faciəvi həyatını Əbdüləhəd bəy davam etdirməli olur.



Qızı Gülarə xanım: "Bizim konservatoriyada 4 fakültə qurtarıb. Ondan sonra – 1948-ci ildə Üzeyir Hacıbəyovun özü onu Leninqrad konservatoriyasına göndərib. Oranı bitirib 1951-ci ildə əlaçı diplomu ilə, vaxtından əvvəl qayıdıb bura".



1936-cı ildən dirijor kimi fəaliyyətə başlayır. "Aşıq Qəriblə". Sonra "Əsli və Kərəm", "Şah İsmayıl", "Leyli və Məcnun", "Arşın mal alan", "Koroğlu" gəlir. Uzun illər konservatoriyada və musiqi texnikumlarında müəllim kimi çalışır.



Amma Mədəniyyət və İncəsənət Arxivinin direktoru Maarif Teymurovun təbirincə desək, "90 illiyində bir nəfər olsun belə onu xatırlamadı".



«BOŞ MƏKANIN DOLĞUNLUĞU»



Aparıcı: Bu «İz»də «Festivallar və mədəniyyət» mövzusunu diqqətinizə yetiririk. Mövzu bələdçimiz tanınmış sənətçi və teatr xadimi Rafiq Əliyevdir.



Bakıda 1-ci Teatr Festivalı davam edir. Dekabrın 21-də başa çatacaq bu sənət şənliyi «Boş məkanın dolğunluğu» adlanır.



Aparıcı: Rafiq bəy, 1-ci Teatr Festivalının təşkilatçılarından birisiniz. İlk günlər xoş gözləntilərinizi doğrultdu, yoxsa necə deyərlər, bəd gözləntilərinizi? Məsələn, tamaşaçıların reaksiyası Sizi təmin etdimi?



Rafiq Əliyev: "Etdi. Çünki onlar əvvəla gəldilər, ikincisi, onlar hər bir tamaşaya böyük bir maraqla baxırdı. Yəni onlar həmişə axtarırlar. Festivalda axtararlar. Festival bu günün rəqəmidir. Bu gün teatrın səviyyəsi bu cavanlarla ölçülür... Çox maraqlıdır, cürbəcür səviyyələr var. Hətta mənim üçün çox maraqlı oldu ki, Şuşa teatrı rus dilində Çexovu oynadı. Bu da çox maraqlıdır. Yəni ki, eksperimentdir, axtarırlar, nəsə yeni bir şey etmək istəyirlər..."



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG