Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 01:50

Rusiyadan alınan enerjinin həcmi azaldıla bilər


Səs: Real audio
Vəkil Aslan İsmayılov xarici ölkə səfirliklərinə müraciət edəcəyini deyir Azərbaycan Rusiyadan aldığı elektrik enerjisinin bahalaşmasına etiraz edir. Bu barədə «Azərenerji» Səhmdar Cəmiyyətinin sədr müavini Marlen Əsgərov bildirib. Onun sözlərinə görə, indi Rusiyanın «RAO EES» Səhmdar Cəmiyyəti ilə danışıqlar gedir, Rusiya tərəfi Azərbaycana satdığı elektrik enerjisinin qiymətini 40 faiz qaldırmaq istəsə də, «Azərenerji» qiymətin əvvəlki həddə saxlanmasına çalışır. Cənab Əsgərov deyib ki, əgər bu mümkün olmasa, onda Azərbaycan Rusiyadan aldığı elektrik enerjisinin həcmini azaltmağa məcbur olacaq. Bu yaxınlarda Rusiyanın «Qazprom» Şirkəti də Azərbaycana satdığı qazın qiymətini qaldırdığını və rəsmi Bakının bununla razılaşdığını bildirmişdi. Amma Azərbaycan tərəfi bu məlumatı nə təsdiq, nə lə təkzib etmişdi.



Rusiyadan alınan qaz əsasən Azərbaycanda elektrik enerjisinin istehsalına yönəlir. Bəs bu iki amil elektrik enerjisinin qiymətinin artmasına səbəb ola bilərmi?



«Turan-enerji» məcmuəsinin redaktoru İlham Şaban hesab edir ki, bu məsələylə bağlı Azərbaycan tərəfinin, xüsusən «Azərenerji» rəsmilərinin öz narahatlıqlarını nümayişkaranə şəkildə ifadə etməsinin səbəbini anlamır. Onun sözlərinə görə, Rusiyadan alınan elektrik enerjisi Azərbaycanın istifadə etdiyi işığın cəmi 3 faizini təşkil edir və bu narahatlıq üçün əsas ola bilməz.



Üstəlik nəzərə alınmalıdır ki, tezliklə Astarada yeni modul stansiyası da istifadəyə veriləcək. Onun fikrincə, Rusiyadan alınan qazın azalması da ajiotaja səbəb ola bilməz. Çünki həm Azərbaycanın qaz anbarlarında böyük həcmdə ehtiyat var, həm gələn ilin sonunda «Şahdəniz» yatağından qaz çıxacaq, həm də başqa yataqlardan çıxan səmt qazının həcmi artır.



İlham Şaban güman edir ki, bu məsələ ətrafında süni ajiotaj məmurların dövlətdən enerji sektoruna əlavə dotasiya qoparmaq istəyi ilə bağlı ola bilər.



O, bunun abunəçilər üçün işıq pulunun artırılması məqsədilə olunduğunu da istisna etmir.



Rusiya tərəfi bildirir ki, elektrik enerjisinin istehsalı üçün istifadə etdiyi qaz bahalaşdığı üçün işığı Azərbaycana baha təklif etməyə məcbur olub. İndiyədək Rusiya Azərbaycana elektrik enerjisinin hər kilovatt saatını 2,8 sentə satırdı. Təklif olunan yeni qiymət isə hər kilovatt saata görə 4 sentdir.
XS
SM
MD
LG