Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14
Rubrikalar

«Boss-şelf»də azərbaycanlı fəhlələr Həmkarlar İttifaqı yaradıblar


Səs: Real audio
Vəkil Aslan İsmayılov xarici ölkə səfirliklərinə müraciət edəcəyini deyir - Yeni əskinasların və metal pulların ilk partiyası Azərbaycana gətirilib. Bir neçə günə Milli Bank (MB) pulların ikinci partiyasını da qəbul edəcək. MB-dan verilən məlumata görə, bu proses ilin axırına qədər başa çatacaq. Yeni pulların istehsalını həyata keçirən Avstriyanın «OsBS» Şirkəti ilə bağlanmış müqaviləyə görə, əskinaslar Azərbaycana mərhələrlə gətirilməlidir. Yeni manat dövriyyəyə yanvarın 1-də buraxılacaq, təzə pullar gələn ilin sonuna qədər köhnə manatla paralel işlədiləcək.



- Dekabrın 19-da «Boss-şelf» Şirkətinin azərbaycanlı fəhlələri Həmkarlar İttifaqı yaradıblar. Təşkilatın təsis qurultayında «Boss-şelf»in bütün strukturlarında çalışan azərbaycanlı fəhlələr iştirak ediblər. Həmkarlar İttifaqı Konfederasiyasından verilən məlumata görə, hələ ki, «Boss-şelf» Həmkarlar İttifaqı yaradan ən iri xarici neft şirkətidir, burada 1600 nəfər azərbaycanlı çalışır.



Həmkarlar İttifaqının yaradılması «Boss-şelf»in azərbaycanlı fəhlələrinin bu ayın əvvəlində keçirdikləri tətillərdə əsas tələbi idi. Eyni tələblə çıxış edən «McDermott» Şirkətinin azərbaycanlı fəhlələri isə bu həftənin sonuna qədər öz Həmkarlar İttifaqlarını yaradacaqlar.



- Milli Bankın dekabrın 19-na olan məlumatına görə, 1 Amerika dolları 4591 manata, 1 avro 5487 manata, 1 rus rublu isə 159 manata olub.
XS
SM
MD
LG