Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:02

«Sərhədsiz Reportyorlar» Azərbaycanda mətbuatın vəziyyətinin pisləşdiyini bildirir<p align=`left`><br><br>


Səs: Real audio
Təşkilatın sıralamısına görə, Azərbaycan ötən ilə nisbətən beş pillə geriləyərək, 141-ci sıraya düşüb «Sərhədsiz Reportyorlar» Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatının illik sıralamasında Azərbaycan ötən ilə nisbətən beş pillə geriləyərək, 141-ci sıraya düşüb. Söz azadlığının səviyyəsini əks etdirən sənəddə 167 ölkə yer alıb.



Təşkilat Azərbaycanı Cənubi Qafqaz ölkələri arasında söz azadlığına ən az önəm verən ölkə kimi tanıyır. Amma sıralamaya görə, Azərbaycanda jurnalistlərin hüquqları Belorus, Türkmənistan və Özbəkistan kimi MDB ölkələrindən az pozulub.



Sənəd tərtib edilərkən media sahəsində qanunvericilik, jurnalistlərin hüquqlarından istifadənin real imkanları, hökumətlə münasibətlər, senzuranın səviyyəsi və peşənin təhlükəsizliyi kimi meyarlar nəzərə alınıb.



«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev Azərbaycanda media sahəsində heç bir irəliləmə olmadığından, sözügedən sırlamanı ədalətli sayır.



«Sərhədiz Reportyorlar»ın şərhində qeyd olunur ki, 2005-ci ildə Azərbaycanda medianın durumuna mənfi təsir göstərən əsas faktor jurnalist Elmar Hüseynovun qətlə yetirilməsi və cinayətin üstünün hələ də açılmaması olub. Bundan başqa 6 noyabr parlament seçkisindən sonra mətbuat və jurnalistlərə qarşı hücumların güclənməsi də Azərbaycanın mətbuatı azad olmayan ölkələr siyahısında qalmasına səbəb olub.



Sənəddə Skandinaviya ölkələri, İrlandiya, Fransa, Hollandiya və İsveçrədə medianın tam xoşbəxt, Türkmənistan, Eritreya və Çimali Koreyada isə vəziyyətin açınacaqlı olduğu bildirilir.
XS
SM
MD
LG