Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:52

Polis icazəsiz aksiyanın qarşısının alınacağını deyir<p align=`left`><br><br>


Səs: Real audio
Müxalifət isə şəhərin mərkəzində mitinq keçirməkdə israrlıdır Dekabrın 17-də Bakı Şəhər Baş Polis İdarəsinin (BBPİ) rəisi Məhərrəm Əliyev «Azadlıq» seçki blokunun Mitinq Komitəsinin üzvləri Həsən Kərimov və Məmməd Zeynalovu idarəyə dəvət edib. Görüşdə həmçinin BŞBPİ-nin rəis müavini Yaşar Əliyev və Bakı şəhər prokurorunun birinci müavini Hafiz Babayev də iştirak edib.



Bu barədə Mitinq Komitəsinin üzvü Həsən Kərimov «Turan» İnformasiya Agentliyinə bildirib. Onun sözlərinə görə, BŞBPİ-nin rəisi icazəsiz aksiyaya hər hansı cəhdin qarşısının alınacağını diqqətə çatdırıb. M.Əliyev MK üzvlərini aksiyanı Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı «Motodrom» meydanında keçirməyə dəvət edib.



Mitinq Komitəsinin üzvləri isə «Motodrom»un mitinq keçirmək üçün əlverişsiz və şəhərdən uzaq olduğunu bildiriblər. «Şəhərin mərkəzi meydanlarından birində aksiyanın keçirlilməsilə bağlı «Azadlıq» blokunun qərarı var» - deyə, H.Kərimov BŞBPİ rəhbərliyinə müxalifətin mövqeyinin çatdırıldığını bildirib.



Dekabrın 16-da Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin dekabrın 18-də keçmiş «Qələbə» kinoteatrı qarşısındakı meydanda keçirmək istədiyi mitinqə icazə verməyərək, növbəti dəfə «Motodrom»u təklif edib. Xalq Cəbhəsi, Demokrat və Müsavat partiyalarının yaratdığı «Azadlıq» bloku, Milli İstiqlal Partiyası və Milli Birlik Hərəkatı isə şəhərin mərkəzində icazəsiz aksiya keçirməyi qərara alıb.
XS
SM
MD
LG