Keçid linkləri

Təcili xəbərlər
2023, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 02:08

Gənclər aclığı dayandırıblar


Səs: Real audio
Bu, hüquq-müdafiəçilərinin onlarla görüşündən sonra baş verib AXCP Gənclər Təşkilatı fəallarının tələbə Turan Əliyevin BDU-dan xaric olunmasına etiraz edərək keçirdikləri aclıq aksiyası dekabrın 16-da başa çatıb. Bu qərar bir qrup hüquq-müdafiəçisinin onlarla görüşündən sonra qəbul edilib.



Məlumatı "Məqam" Gənclər Təşkilatının koordinatoru Emin Hüseynov verib. O bildirir ki, hüquq-müdafiəçiləri dekabrın 20-də təhsil naziri Misir Mərdanovla görüş təyin ediblər. Onlar hesab edirlər ki, bu göruşdən sonra Turan Əliyevlə bağlı problem həllini tapacaq.



Emin Hüseynov deyir ki, əgər müsbət nəticə olmasa, gənclər aksiyanı davam etdirəcəklər. Və bu dəfə BDU-nun digər tələbələrini də itaətsizliyə cağıracaqlar.
XS
SM
MD
LG