Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Müxalifət icazəsiz aksiyaya qərar verdi


Səs: Real audio
Bakı meriyası müxalifətin "Qələbə" kinoteatrı qarşısında keçirmək istədiyi mitinqə razı olmadı Xalq Cəbhəsi, Demokrat və Müsavat partiyalarının yaratdığı "Azadlıq" bloku, Milli İstiqlal partiyası və Milli Birlik Hərəkatı dekabrın 18-də icazəsiz aksiya keçirməyi qərara alıb.



Dekabrın 16-da Bakı şəhər İcra Hakimiyyəti müxalifətin "Qələbə" kinoteatrı qarşısındakı meydanda keçirmək istədiyi mitinqə icazə verməyərək növbəti dəfə "Motodrom"u təklif edib.



Demokrat partiyasının sədr müavini Sərdar Cəlaloğlunun sözlərinə görə, onlar mitinqin yeri ilə bağlı təkrar Bakı meriyasına müraciət ediblər. Ancaq müsbət cavab alacaqlarına inanmırlar. Bu üzdən dekabrın 18-də "Azadlıq", "Füzuli", "Gənclik" və bir neçə başqa meydanlarda icazəsiz etiraz aksiyası keçirəcəklər.
XS
SM
MD
LG