Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:46

«Əmək təhlükəsizliyi» laboratoriyası yaradılıb


Səs: Real audio
Həmsədrlər 2006-cı ilin «fürsət ili» olduğunu bildirirlər Artıq insanlar yaşadıqları və işlədikləri yerlərdə onların sağlamlığı və əmək təhlükəsizliyinə mənfi təsir göstərən faktorlar barədə məlumatlandırılacaqlar



Həmsöhbətim Milli Aerokosmik Agentliyinin baş direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əflatun Həsənov bu məqsədlə "Kosmik elm və texnologiyanın tətbiqi ilə ətraf mühit və insan faktorunun tədqiqi" layihəsi çərçivəsində əmək labaratoriyası yaratdıqlarını deyir.



- Bütün dünyanı maraqlandıran ən böyük problemlərdən biri ətraf mühit və insan faktorudur. Bu mənada biz insanların sağlamlığı ilə bağlı ətraf mühiti öyrənmək məqsədilə belə bir laboratoriya yaratmışıq. Biz kosmik elm və texnologiyanın ən son naliyyətlərindən istifadə edərək insanlara işlədikləri yerlərdə sağlamlıqları ilə bağlı sənədlər veririk. Yəni insanlar ən azından gün ərzində zərərli faktorlarla qarşılaşdıqları barədə məlumatlandırılacaqlar və son nəticədə həm insanlar, həm də dövlət bu məsələdən faydalanacaq. Belə bir layihənin həyata keçirilməsi Azərbaycanda ilk dəfədir. Hətta dünyada belə bir layihəyə rast gəlməmişəm.



- Əflatun müəllim, laboratoriya hansı faktorlar üzrə ölçmələr aparacaq?



- Laboratoriya əsasən Nazirlər Kabinetinin müəyyən etdiyi 10 faktor üzrə ölçmələr aparacaq. Buraya radiasiya, elektromaqnit dalğaların ölçülməsi, infraqırmızı şüalar, zəhərli və digər faktorlar daxildir.



- Ölçmələr nəticəsində hazırlanan sənədlər hansı formalarda yayılacaq?



- Bu sənədlər iki formada olacaq. Həm çap formada iş yerində olan insanların hər birinə veriləcək, həm də elektron formada, yəni CD disklərdə təqdim olunacaq. Bu, artıq müəssisənin öz istəyindən asılıdır.



- Nə vaxtdan laboratoriya müraciət edən müəssisələrə xidmət göstərə biləcək?



- Biz bu sahədə artıq müəyyən işlər görmüşük. Laboratoriya artıq fəaliyyət göstərir. Məsələn, deyə bilərəm ki, biz bunu artıq "Aztelekom" İstehsalat Birliyində və dəmiryolunda tətbiq etmişik. Yanvar ayından artıq laboratoriya tam fəaliyyətə başlayacaq.
XS
SM
MD
LG