Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:28

<i>«Yeni Azərbaycan»:</i> «AMİP-də başlayan proseslər «Azadlıq» blokuna transfer edir»


Səs: Real audio
Həmsədrlər 2006-cı ilin «fürsət ili» olduğunu bildirirlər «Yeni Azərbaycan» qəzetindəki «AMİP-də başlayan proseslər "Azadlıq" blokuna transfer edir» başlıqlı məqaləsində Aqşin yazır ki, "Azadlıq" blokunun fəaliyyətinin çox çəkməyəcəyi yönündə söyləntilər özünü doğrultmağa yaxınlaşır.



Müxalif düşərgədə qarşılıqlı ittihamlar getdikcə artmaqdadır. Əvvəllər bir-birini hər yerdə müdafiə edən blok funksionerləri indi yavaş-yavaş ittihamlara başlayıblar. Müəllif yazır ki, heç şübhəsiz, burada da şəxsi mənafe məsələsi yenidən gündəmə gəlir. Blokda ilk hədəf həmtəsisçilərdən biri olan ADP lideri Rəsul Quliyevdir.



Məqalədə bildirilir ki, bu da təsadüfi deyil. Eks-spikerə qarşı digər liderlərin hücuma başlayacağı çoxdan gözlənilən idi. Blokun dağılması yönündə ilk addım AXCP-dən və onun lideri Əli Kərimlidən gəldi. İlk olaraq AXCP sədri Rəsul Quliyevi blokdan kənarlaşdırmaq üçün onun yerinə yeni müttəfiqlər axtarışına başladı və bu proses də çox çəkmədi. Əli Kərimli "Azadlıq"da ADP sədrinin boşluğunu doldurmaq üçün Milli Birlik Hərəkatının lideri Lalə-Şövkətə təklif göndərdi. Çoxdandır müxalifətlə təmaslarını məhdudlaşdıran, iki cəbhə arasında dolaşan Lalə-Şövkət üçün Əli Kərimlinin bu təklifi göydəndüşmə oldu.



«Bakı Xəbər» qəzetindəki «Mandatı ləğv olunmuş deputatlardan biri ağır duruma düşüb» başlıqlı məqaləsində Tural yazır ki, seçilmiş, lakin mandat ala bilməyən deputatlardan birinin ağır ürək sarsıntılarının səbəbi təkcə mandat ala bilməməsi yox, bunun müqabilində itirilmiş böyük məbləğdə pulun taleyidir.



Müəllif yazır ki, Konstitutsiya Məhkəməsinin qərarından sonra həmin deputat xərclədiyi iri məbləğdə pulu geri almaq istəyib. Amma ona deyilib ki, bu pul onu müvafiq dairədə qalib elan etmək üçün idi və bu vədə də əməl olunub. Məqalədə qeyd olunur ki, müəyyən məbləğ qaytarılsa da, qalan pulu verməkdən imtina edilib. Müəllif etik səbəbdən həmin şəxsin adını və pul verilən ünvanı göstərməyib.
XS
SM
MD
LG