Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:41

Nazirlik provayderlərin qanunu pozduğunu deyir


Səs: Real audio
MTN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Arif Babayev həbs edilən sabiqlərin həkim nəzarətində olduğunu deyir Dekabrın 15-də İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Departamentində «Azərcell»in təsis etdiyi «Azeronline» və 14 internet provayderi arasındakı mübahisəylə bağlı qərar verilib. Antiinhisar qanunvericiliyinin pozulmasını araşdıran komissiya həm «Azeronline» provayderinin «Azercell»in inkanlarından istifadə etməklə qanunları pozduğunu, həm də 14 provayderin «Azeronline»ə qarşı texniki blokada tədbirləri həyata keçirməsinin qanunsuz olduğunu bildirib.



«Azeronline»ə qarşı texniki blokada tətbiq edən 14 internet provayderini birləşdirən Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanov qərarı normal qarşıladıqlarını deyir.



«Azeronline» provayderinin rəhbərliyi isə Antiinhisar Departamentinin qərarının qərəzsizliyinə inanmır. Şirkətin rəhbəri Elçin Ağakişiyev deyir ki, məsələni araşdıran komissiya müstəqil ekspertlərin iclasda iştirakına icazə verməməklə qərəzli addım atıb.



Antiinhisar Departamentindəki iclasa buraxılmayan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə məsələylə bağlı İqtisadi İnkişaf Nazirliyinə və məhkəməyə şikayət edəcəklərini bildirirlər.
XS
SM
MD
LG