Səs: Real audio
Onlar Turan Əliyevin BDU-ya bərpa olunmasını və siyasi təqiblərə son qoyulmasını tələb edirlər Bakı Dövlət Universitetindən (BDU) xaric olunan 4-cü kurs tələbəsi Turan Əliyevin ali məktəbə bərpa olunması tələbi ilə AXCP Gənclər Təşkilatının üç üzvü aclıq aksiyası keçirir. Onlar həmçinin tələbələrin siyasi baxışlarına görə təqib olunmasına son qoyulmasını tələb edirlər.
Aksiyaçılar ombudsmana, hüquq-müdafiə təşkilatlarına da müraciət ediblər.
Dekabrın 15-də «Demokratik Dirçəliş» Gənclər Hərəkatı da Turan Əliyevin universitetdən qovulmasına etiraz edən bəyanat yayıb. Bu təşkilatın fəalları da aclıq aksiyasını dəstəklədiklərini bildiriblər.
Təhsil naziri Misir Mərdanov isə dekabrın 14-də bu məsələylə bağlı BDU-nun rektoru Abel Məhərrəmovla görüşəcəyini demişdi.
BDU-nun Mətbuat Xidmətinin rəhbəri Qafar Çaxmaqlı və Təhsil Nazirliyinin sözçüsü Bayram Hüseynzadə görüşün baş tutub-tutmaması haqqında məlumatlarının olmadığını deyirlər.
Təhsil nazirinin müavini Elmar Qasımov isə bildirir ki, Turan Əliyevin universitetdən uzaqlaşdırılması onun dərsə davamiyyəti ilə bağlıdır. Ancaq başqa xaric olunmuş tələbələr kimi qanunvericiliyə görə, onun da təhsil aldığı müəssisəyə bərpa olunmaq hüququ var.
Turan Əliyev BDU-dan noyabrın 25-də xaric edilib. Bundan əvvəl «Yeni Fikir» Gənclər Təşkilatının üzvü Namiq Feyziyev də təhsil aldığı Pedoqoji Universitetdən qovulmuşdu. Ombudsman Elmira Süleymanovanın işə qarışmasından sonra isə tələbə ali məktəbə bərpa edilmişdi.