Səs: Real audio
«Bakıelektroştamp» zavodunun prezidenti Nurəddin Zülfüqarlı barədə həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün Apellyasiya Məhkəməsinə müraciət edilib «Bakıelektroştamp» və «Bakıpoladtökmə» zavodlarının 1500-ə qədər fəhləsi məcburi tətildədirlər. «Bakıelektroştamp» zavodunun icraçı direktoru Adilxan Musayevin verdiyi məlumata görə, zavodun prezidenti Nurəddin Zülfüqarlının həbsindən sonra fəhlələr hər gün işə gəlsələr də, çalışmaq üçün şərait yoxdur. Cənab Musayev bildirir ki, zavodda yoxlama başa çatıb. İstintaq orqanı mühasibatlıq sənədlərini, zavodların möhür və ştamplarını aparıb. Bu isə fəaliyyəti mümkünsüz edir.
Zavodda əvvəlki kimi polis nəzarəti var. Fəhlələr işsizlikdən nərahat olduqlarını deyirlər.
«Bakıelektroşatmp» Açıq Tili Səhmar Cəmiyyətinin sahibkarı Nurəddin Zülfüqarlı və onun iki qardaşı dekabrın 9-da saxlanıb. Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarzə İdarəsində saxlanan Nurəddin Zülfüqarlı hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Onun vəkili Aslan İsmayılovun verdiyi məlumata görə, müdafiə etdiyi şəxs barədə həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün Apellyasiya Məhkəməsinə müraciət edib.