Səs: Real audio
Sənəddə Azərbaycan hökuməti üçün seçki praktikasına dair bir sıra tövsiyələr irəli sürüləcək «Barmek-Azərbaycan Elektrik Şəbəkə»si Məhdud Məsuliyyətli Cəmiyyətin borcu olan abonentlərin işığının kəsiləcəyi barədə bəyanatı Xaçmazda birmənalı qarşılanmır. Bir çox sakinlər elektrik enerjisinin fasilələrlə və zəif verilməsindən şikayətlənirlər.Onların qənaətincə, «Barmek» o zaman belə bir bəyanatla çıxış edə bilər ki, əhaliyə elektrik enerjisinin verilməsində ciddi qayda yaradılsın.
Sakinlər deyirlər ki, «Barmek» yalnız kasıbların işığını kəsə bilər, çünki indiyədək rayonda hər hansı bir vəzifəli və yaxud imkanlı şəxsin işığının kəsilməsinə rast gəlməyiblər.
Xaçmaz sakini Müslüm Əsədov bildirir ki, kəndlərdə yeni sayğac quraşdırılmayan hər evdən aylıq olaraq 15-20 min manat pul yığılır. Onun sözlərinə görə, qurumun enerjiyə görə, bu qaydada pul yığması düzgün deyil.
«Barmek»in Xaçmaz Elektrik Enerjisi Satışı İdarəsinin rəisi Arif Məmmədov isə bildirir ki, idarə və müəssisələrə nisbətən əhalinin quruma olan borcu daha çoxdur. O, enerjinin zəif və fasilələrlə verilməsində də əhalinin təqsirkar olduğunu deyir.