Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 05:45

Ermənistan vətəndaşı təhvil verilib


Səs: Real audio
Onun ruhi xəstə olduğu deyilir Dekabrın əvvəlində Ermənistandan Azərbaycana təsadüfən keçən erməni qadın Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında geri qaytarılıb.



BQXK-nin yaydığı pres-relizdə belə deyilir.



Əməliyyat Azərbaycanın Qazax və Ermənistanın İcevan şəhəri arasındakı yolda həyata keçirilib.



BQXK nümayəndələri həmin qadınla görüşüb, onun öz arzusuyla geri qayıtmaq istədiyinə əmin olandan sonra Azərbaycan və Ermənistan hakimiyyətinin xahişiylə bu işi asanlaşdırıb.



BQXK-nin sözçüsü Vinsent Laser adını açıqlamadığı həmin şəxs barədə «Azadlıq» radiosuna deyib ki, ruhi xəstə olan bu qadın sərhədi keçdiyini hiss etməyib. Onu Azərbaycanda saxlandığı bir xəstəxanadan evinə aparıblar.



Vinsent Lasser: «Mühüm olan budur ki, Azərbaycan və Ermənistan hakimiyyəti illər keçdikcə, Beynəlxalq Qızl Xaç Komitəsinə daha çox etibar edir və biz 1992-ci ildən bəri bir çox hallarda vasitəçilik etmişik - ya döyüşdə tutulanlara, ya da niyyətsiz, təsadüfən sərhədi keçən mülki şəxslərə kömək etmişik. Onların hər iki tərəfin razılığıyla evinə qaytarılmasına nail olmuşuq. Biz bu işi davam etdirmək istəyirik».



Dağlıq Qarabağ münaqişəsiylə bağlı 1992-ci ildən bəri BQXK 654 nəfərin evinə qaytarılmasına kömək edib.



İtkin Düşən və Girovların, Hərbi Əsirlərin Axtarışı üzrə Beynəlxalq Qrupun Bakıdakı koordinatoru Əvəz Həsənovsa deyir ki, hazırda 783 azərbaycanlı erməni əsirliyindədir. Ermənistan tərəfi isə 300-dək şəxsin Azərbaycan əsirliyində olduğunu bildirir.
XS
SM
MD
LG