Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:16

UNESCO müəllimlərin ixtisaslarını artıracaq


Səs: Real audio
«Keçmiş «Qələbə» kinoteatrının qarşısında dinc mitinqçilərə qarşı qəddarlıq nümayiş etdirilib» Təhsil Nazirliyi və UNESCO arasında imzalanmış memoranduma əsasən, UNESCO texniki-peşə təhsilinin inkişafı və müəllimlərin ixtisaslarının artırılması ilə bağlı Azərbaycana texniki yardım göstərəcək. Bu məqsədlə dekabrın 13-də Bakıya gələn UNESCO-nun 5 nəfərdən ibarət heyəti dekabrın 17-dək konkret təkliflər hazırlayacaq.



Təhsil naziri Misir Mərdanov belə deyir:



- UNESCO 2 prioritet üzrə - texniki-peşə təhsilinin inkişafı və müəllimlərin ixtisaslarının artırılması ilə bağlı Azərbaycana texniki yardım göstərəcək".



Nazirin sözlərinə görə, Baloniya prosesinin şərtlərinə əsasən, bu il ali məktəbi bitirən məzunlara diplomlar pulla deyil, dövlətin hesabına veriləcək və növbəti tədris ilindən ali məktəblərdə bəzi ixtisaslar üzrə kredit sisteminə keçiləcək.



Misir Mərdanov tələbələrə siyasi əqidələrinə görə edilən təzyiqlərə də toxunaraq bildirdi ki, Bakı Dövlət Universitetindən kənarlaşdırılan 4-cü kurs tələbəsi Turan Əliyevin işini araşdıracaq və bu məqsədlə universitetin rektoru Abel Məhərrəmovla görüşəcək:



- Mən bu gün və ya sabah rektorla görüşəcəyəm, lazım olsa onların əmrlərini alıb tanış olacağam. Ondan sonra müvafiq tədbir görülə bilər.
XS
SM
MD
LG