Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:48
Rubrikalar

Sayğac


Səs: Real audio
Birləşmiş müxalifət AŞPA-dan nümayəndə heyətinin mandatının təsdiqlənməməsini tələb edir - Bakı şəhər sakini Zemfira Hüseynova deyir ki, qaz pulunu hər ay vaxtlı-vaxtında ödəyir. Amma Nəsimi rayon Qaz İstismar İdarəsindən bildiriblər ki, onların 350 min manat qaz pulu borcu var.



Xəstəliyi ilə bağlı daha çox bağ evində yaşadığını deyən Zemfira Hüseynovanın sözlərinə görə, şəhərdəki evdə nadir hallarda olur. Bir neçə gün ərzində isə 350 min manatlıq qaz yandırması qeyri-mümkündür.



Nəsimi rayon Qaz İstismar İdarəsindən Tağı Abbasovsa deyir ki, Zemfira Hüseynovanın yaşadığı mənzildə sayğac işləmədiyindən onun borcu normativ əsaslarla hesablanıb və bu borc 150 min manat olub.



Qaldı ki 350 min manat borcla bağlı məsələyə, cənab Abbasov deyir ki, bu, həmin ailəyə məxsus ikinci evin borcudur. Əvvəllər həmin evdə qazla işləyən su qızdırıcısı olub, sonradan o, elektriklə əvəzlənib. Amma bu barədə qaz xidmət sahəsinə məlumat verilməyib. Ona görə bu qədər borc hesablanıb.



- Sayğacın işləmədiyini əsas gətirən "Barmek" əməkdaşları əvvəlcə Bakı sakini Südabə Əhədovaya 750 min manat cərimə yazsalar da, sonradan 150 min manata məsələni yoluna qoyublar.



"Barmek Azərbaycan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevsə deyir ki, "Barmek" yeni fəaliyyətə başlayanda şirkət əməkdaşlarının abunəçiləri aldatması tez-tez olub. Amma araşdırma aparılandan sonra onların hamısı şirkətdən uzaqlaşdırılıb.



Azad İstehlakçılar Birliyindən Ələkbər Ağasıyevin sözlərinə görə, həm qaz, həm də işıq pulu yığılmasında qorxudulma və aldadılma yolu ilə istehlakçılardan xeyli pul alınır.



Zemfira Hüseynovanın işilə bağlı məsələyə gəldikdə, Ələkbər Ağasıyev deyir ki, Nəsimi rayon Qaz İdarəsinin əməkdaşları bu istehlakçını da dəfələrlə aldadıb sayğacda yazılan məbləğdən artıq pul alıblar.



Cənab Ağasıyev hesab edir ki, istehlakçılardan işlətmədiyi qaza görə pul alınması maliyyə yeyintisini ört basdır etmək məqsədi güdür.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG