Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Heydər Əliyevin anım mərasimi keçirildi<p align=`left`><br><br>


Səs: Real audio
«Azadlıq» bloku və Milli Birlik Hərəkatının noyabrın 26-da keçirdiyi mitinq zamanı 15 gün müddətinə həbs olunmuş Liberal partiyasının sədr əvəzi Əvəz Temirxan azadlığa buraxılıb Dekabrın 12-də eks-prezident Heydər Əliyevin vəfatının ikinci ildönümü tamam oldu. Bu münasibətlə dövlət idarələri və müəssisələrin kollektivləri, nazirliklər, güc strukturlarının əməkdaşları, elm, mədəniyyət xadimləri və digərləri səhər saat 9-dan başlayaraq Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri Xiyabana gəldilər.



Ziyarətçilərin sayı ötən illə müqayisədə nisbətən az olsa da, adamların çoxluğundan sıxlıq yaranmaması üçün polis Şəhidlər Xiyabanı və Məşədi Əzizbəyovun heykəlinin yanından gələn yolu bağlamışdı.



Saat 11 radələrində polis prezident İlham Əliyevin gəlişinə hazırlıq məqsədilə ziyarətçilərin xiyabana gəlmələrini dayandırdı. Təxminən yarım saatdan sonra dövlət başçısı ailə üzvlərilə birgə Fəxri Xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət etdi. Onu Baş nazir Artur Rəsizadə, parlamentin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər yüksək vəzifəli şəxslər müşayiət edirdilər.



Günün ikinci yarısında isə Yeni Azərbaycan Partiyası «Avropa» hotelində «Heydər Əliyev ideyaları: Azərbaycanın bu günü və gələcəyi» mövzusunda konfrans keçirdi. Tədbirdə çıxış edənlər keçmiş prezidentin həyat və fəaliyyətindən danışıb, onun öyrənilməsinin zəruriliyini vurğuladılar.



Gün boyu bütün yerli telekanallar öz verilişlərini bu hadisəyə həsr ediblər.



Keçmiş prezident Heydər Əliyev 1982-ci ildən 1993-cü ilə qədərki dövr istisna olmaqla, 1969-cu ildən 2003-cü ilə qədər Azərbaycana rəhbərlik edib. O, 2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend klinikasında ürək çatışmazlığından 80 yaşında vəfat edib.
XS
SM
MD
LG