Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:31

«İnformasiya əldə etmək haqqında» qanunun tətbiqi barədə fərman imzalanıb


Səs: Real audio
«Azadlıq» bloku və Milli Birlik Hərəkatının noyabrın 26-da keçirdiyi mitinq zamanı 15 gün müddətinə həbs olunmuş Liberal partiyasının sədr əvəzi Əvəz Temirxan azadlığa buraxılıb Prezident İlham Əliyev «İnformasiya əldə etmək haqqında» qanunun tətbiq edilməsi barədə fərman imzalayıb. Sənəddə sözügedən qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin normativ aktın tətbiq edilməsini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə (NK) tapşırılır ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının «İnformasiya əldə etmək haqqında» qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin.



Fərmana əsasən NK həmçinin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlamalıdır.
XS
SM
MD
LG