Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:04

Bakıda xüsusi təhlükəsizlik tədbirləri görülür


Səs: Real audio
Dekabrın 12-də Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı Bakıda təhlükəsizlik tədbirləri gücləndirilir Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, hüquq-mühafizə orqanları xüsusən də Fəxri Xiyabanın yerləşdiyi Parlament prospektində ayıq-sayıqlığı artıracaqlar. Səhər saat 7-dən Məşədi Əzizbəyov heykəlinin yanından Şəhidlər Xiayabanınadək olan ərazi bağlanacaq, nəqliyyatın hərəkəti isə dayandırılacaq.



Ehsan Zahidov deyir ki, Fəxri Xiyabana ziyarət bir gün əvvəldən başladığından, Bakının Səbail və Yasamal rayon polis idarələri dekabrın 11-dən təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıblar.



1993-cü ildən 2003-cü ilədək Azərbaycanın dövlət başçısı olmuş Heydər Əliyevin vəfatının ildönümündə insanlar Fəxri Xiyabana gələrək onun məzarını ziyarət edirlər.
XS
SM
MD
LG