Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:56

Naxçıvan hava limanı təyyarələr qəbul etməyə başlayıb


Səs: Real audio
Dekabrın 8-i saat 21-dən dekabrın 9-u saat 21-dək hava yenə də dumanlı olacaq Dekabrın 9-da günortadan sonra Naxçıvanda hava nisbətən normallaşmağa – dumanlar çəkilməyə başladığından, Muxtar Respublikanın hava limanı artıq təyyarələr qəbul etməyə başlayıb.



Hava limanından aldığımız məlumata görə, əgər gecə səhərədək hava nisbətən yaxşı olarsa, reyslərə əlavə təyyarələrin də salınacağı gözlənilir.



Naxçıvan Muxtar Respublikası Avtonəqliyyat İdarəsindən verilən məlumata görə isə, Azərbaycan Xarici İşlər Nazirliyi İran İslam Respublikasının aiddiyyəti orqanları ilə danışıqlar aparır. Havalar normallaşmasa, Nəqliyyat Nazirliyi hava limanında olan sərnişinləri İran ərazisindən keçməklə Bakıya, oradansa geriyə daşımaq üçün 10 "Mercedes" tipli avtobus ayırıb.



Muxtar Respublika Hidrometeorologiya İdarəsindən bildirirlər ki, dekabrın 8-i saat 21-dən dekabrın 9-u saat 21-dək hava yenə də dumanlı olacaq.
XS
SM
MD
LG