Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:08

Festivalın qalibləri müəyyənləşdi


Səs: Real audio
Şirkət işçilərin tələblərini müzakirə etməyə hazır olduğunu deyir Dekabrın 6-dan 8-dək davam edən tələbə rejissorların Start II Film Festivalının "Qran-Pri" mükafatı "Çima" filminə görə türkiyəli Gökcə Pəhləvanoğluna verildi



"Cinema" Araşdırma Mərkəzinin təsisçiliyi, Gənclər, İdman və Turizm və Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə keçirilən festivala Azərbaycan və Türkiyəni təmsil edən 25 tələbənin 36 işi təqdim olunub. Gürcüstanlı tələbələrin isə festivala təqdim olunan işi zəif olduğundan, seçim komissiyasından keçməyib. Münsiflər heyətinin sədri xalq artisti Həmidə Ömərova belə deyir:



"Türk filmləri olmasaydı, festivalda göstərilən filmlərin ümumi səviyyəsi çox zəif olardı. Biz orada gördük ki, nə qədər böyük fərq var. Əgər bizdə bəzi filmlərdə ideya güclüdürsə, onun ekran həlli çox zəifdir. Türklərdə isə həm ekran həlli gözəldir, həm ideya güclüdür, həm də onun təsviri həddən artıq diqqətə layiqdir. Bizim tələbələr hətta götürdükləri problemlərə belə bir qədər səthi yanaşırlar. Əlbəttə bunu hamiya da aid etmək olmaz".



Həmidə Ömərovanın sözlərinə görə, münsiflər heyəti yekdil qərara gələrək "Ən yaxşı sənədli film" nominasiyası üzrə birinci yerə heç bir filmi layiq görməyib. Bu nominasiya üzrə ikinci yerə isə Azərbaycandan "Pillələr" filminə görə Günel Nəcəfzadə layiq görülüb. "Ən yaxşı bədii film" nominasiyası üzrə birinci yerə Türkiyədən "ST. kloud" filminə görə Ceyhun Qarabağ, ikinci yerə isə Azərbaycandan Elnur Əliyev "Kənd məktəbi" filminə görə layiq görülüb. Elnur Əliyev Azərbaycandan güclü rəqibinin olmadığını elə əvvəlcədən də gördüyünü deyir:



"Azərbaycan sarıdan elə bir güclü rəqib hiss etmirdim. Amma Türkiyədən gözləyirdim ki, nəsə ola bilər. Çünki institutda öz işlərimlə fərqləndiyimə görə mənə elə gəlirdi ki, elə belə də olmalıdır".



Qaliblərə pul mükafatları da verilib. Bundan başqa, "Butafilm" kino şirkətinin texniki dəstək qrantı Azərbaycandan Könül Hüseynovaya təqdim olunub.
XS
SM
MD
LG