Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:00

Liberal Partiyası Əvəz Temirxanın təcili azad olunmasını tələb edir


Səs: Real audio
Mətbuat Şurasının buna dair tövsiyələri var Liberal Partiya noyabrın 26-da keçirilən mitinq zamanı 15 gün müddətinə həbs cəzası almış və səhhəti pisləşmiş partiya sədrinin əvəzi Əvəz Temirxanın təcili azad olunmasını, ona tibbi yardım göstərilməsini və məhkəmə-tibbi ekspertizası keçirilməsini tələb edir. Partiyanın yaydığı bəyanatda deyilir ki, aksiya zamanı Əvəz Temirxan polis zorakılığına məruz qalıb, kəllə-beyin və böyrək nahiyəsindən xəsarət alıb. Bununla belə, ona heç bir ilkin tibbi yardım göstərilməyib. Sənəddə hazırda Nərimanov Rayon Polis İdarəsinin təcridxanasında saxlanan partiya funksionerinin səhhətində ciddi problemlər olduğu və vəkili Təranə Əliyevanın onun məhkəmə-tibbi ekspertizadan keçirilməsi ilə bağlı məhkəməyə müraciətlərinin rədd olunduğu vurğulanır.



Bəyanatda o da deyilir ki, Əvəz Temirxanın həbsi qanunsuzdur. O, deputatlığa namizəd olmasına və həmin zaman Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı qərarı açıqlanmamasına baxmayaraq məhkəmənin qərarı ilə 15 gün həbs cəzası alıb.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə bildirir ki, Əvəz Temirxan məhkəmənin qərarı ilə həbs cəzası alıb və onun haqqında qərarı da məhkəmə dəyişə bilər. O ki qaldı sədr əvəzinin noyabrın 26-da polis tərəfindən döyülməsi və ciddi xəsarət alması haqda deyilənlərə, cənab Zahidov bu barədə konkret fikir söyləməkdən imtina etdi. Yalnız onu əlavə etdi ki, həmin gün mitinqdə polis əmkədaşlarından da 46 nəfər müxtəlif dərəcəli xəsarət alıb.



«Azadlıq» blokunun verdiyi məlumatda isə noyabrın 26-da 40-dan artıq insanın saxlanıldığı, 30 nəfərə inzibati cəza verildiyi, 300 aksiya iştirakçısının isə müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilirdi.



«Azadlıq» bloku və Milli Birlik Hərəkatının noyabrın 26-da keçirilən mitinqində 10 sutka inzibati həbs cəzası almüş şəxslərin hamısı dekabrın 6-da azadlığa buraxılıb. Bu haqda məlumat verən blokun katibi Fəhmin Hacıyev dyeir ki, yalnız 15 sutka həbs cəzası almış Liberal Partiyanın sədri Əvəz Temirxan buraxılmayıb.
XS
SM
MD
LG