Səs: Real audio
Azadlıq» blokunun namizədi kimi millət vəkili seçilmiş Pənah Hüseyn onun və blokun deputat seçilmiş digər namizədlərinin Birləşmiş Ştatlar səfiri ilə görüşə dəvət edildiyini bildirir «Rino Harnişlə keçirdiyimiz görüşdə Amerika hökumətinin seçkinin nəticələrinə verdiyi qiymətlə razılaşmadığımızı bildirdik» - «Azadlıq» seçki blokuna daxil olan AXCP-nin sədri Əli Kərimli dekabrın 7-də Birləşmiş Ştatların Azərbaycandakı səfiri ilə görüşlərinədən sonra belə dedi: «Biz öz mövqeyimizi, ABŞ səfiri də hökumətinin mövqeyini izah etdi. Bildirdi ki, bizim arqumentlərimiz barədə yenə də düşünəcək. ABŞ səy göstərəcək ki, bundan sonra da Azərbaycanda demokratik nailiyyətlər, irəliləyişlər olsun».
Cənab Kərimli dedi ki, «Azadlıq» bloku və Milli Birlik Hərəkatının rəhbərləri ABŞ-ın seçkinin nəticəsi ilə bağlı ATƏT-in yekun açıqlamasından əvvəl qiymət verməsinə də etirazlarını bildiriblər. Onun sözlərinə görə, səfir ATƏT-in yekun hesabatı ilə razı olacaqlarını söyləyib.
AXCP sədri bildirir ki, görüşdə qərara alınıb ki, belə müzakirələr bundan sonra da davam etdirilsin. Bir araya gəlmənin hər hansı nəticəsinə gəldikdə isə, cənab Kərimli «hər kəs öz mövqeyində qaldı» - söylədi.
Rino Harniş isə görüşdə müxalifətçilərin onunla iradlarını bölüşdüyünü dedi: «Mən onların ölkənin siyasi həyatında fəal iştirakını və parlamentdə mandatlarından istifadə etmələrini bundan sonra da görmək istərdim. Əlbəttə, buna onlar qərar verməlidirlər».
Cənab Harniş seçkinin beynəlxalq standartlara cavab vermədiyini, ATƏT-in mövqeyi ilə şərik olduqlarını da sözlərinə əlavə etdi.
Birləşmiş müxalifət rəhbərlərilə görüş ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin təşəbbüsü ilə keçirilib.
Bu arada «Azadlıq» blokunun namizədi kimi millət vəkili seçilmiş Pənah Hüseyn onun və blokun deputat seçilmiş digər namizədlərinin Birləşmiş Ştatlar səfiri ilə görüşə dəvət edildiyini bildirdi. Ancaq görüşün dəqiq vaxtı və yeri haqda hər hansı məlumat vermədi.