Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:53
Rubrikalar

Hökumət «Bayva» ilə üzülüşdü


Səs: Real audio
Dimitri Rupel deyib ki, sabit Azərbaycan Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin nizamlanmasına real imkan verir - Prezident İlham Əliyev Əlibayramlı və Gəncə elektrikpaylama şəbəkələrinin «Bayva» şirkətinə idarəyə verilməsinə dair müqavilələrin ləğvinin təmin edilməsinə dair sərəncam imzalayıb.



Sərəncamla dövlət başçısı İqtisadi İnkişaf Nazirliyinə «Bayva» ilə bağlanan müqavilələri ləğv etməyi tapşırıb. Səbəb kimi «Bayva»nın nəzərdə tutulan şərtləri yerinə yetirə bilməməsi, həmçinin şirkətin öz müraciəti əsas gətirilir.



«Bayva» şirkəti Gəncə və Əlibayramlı şəbəkələrini 2002-ci ilin oktyabrında idarəyə götürüb. Lakin bu ilin sentyabrında şirkət müqavilənin ləğv edilməsi xahişi ilə Nazirlər Kabinetinə müraciət edib. İmtinanın səbəbləri kimi şirkət şəbəkələrin fəaliyyətinin yaxşılaşdırılması üçün külli miqdarda investisiyaların tələb olunduğunu, işıq pulunun yığım səviyyəsinin aşağı olmasını göstərib.



- «Barmek Azərbaycan» şirkətinin 20 noyabr xəbərdarlığından sonra işıq pulu yığımında 6-7 faiz artım müşahidə olunub.



Şirkətin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, Bakı şəhəri üzrə daha çox borcu olan 25 min abunəçidən bu günə qədər 15-i borcunu ödəyib.



- Milli Bankın məlumatına görə, dekabrın 6-da 1 dollar 4 593, 1 avro 5 413, 1 rubl isə 158 manat olub.
XS
SM
MD
LG