Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:51

Ramil Usubov bütün polislərin maaşının artırılacağını deyir<p align=`left`><br><br>


Səs: Real audio
Dimitri Rupel deyib ki, sabit Azərbaycan Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin nizamlanmasına real imkan verir Yaxın illərdə təkcə Post-Patrul Xidmətinin yox, bütün polis işçilərinin maaşı artırılacaq. Bunu Daxili İşlər naziri Ramil Usubov dekabrın 6-da Şəmkirdə şikayətçilərlə görüşündən sonra jurnalistlərə bildirib. Nazirlə görüşmək üçün 35 nəfər qeydiyyatdan keçsə də, müraciət edənlərin sayı 50-yə yaxın olub. Gəncədən və ətraf rayonlardan gələn şikayətçiləri narahat edən problemlər sırasında polisdən narazılıq üstünlük təşkil edi. Bəziləri isə məhkəmə və digər hökumət strukturlarından nazirə gtleyləniblər.



Gəncə Şəhər Polis İdarəsinin Nizami Rayon Şöbəsinin məsul əməkdaşı Koroğlu Qasımov barədə mediada gedən məlumatlarla bağlı açıqlama istəyən jurnalistlərə, nazir «bu haqda araşdırma aparılır» deyə cavab verib.



Həmin gün Gəncə şəhər rəhbərliyinin keçirdiyi müşavirədə də Koroğlu Qasımovla bağlı məsələ qaldırılıb. Şəhər prokuroru Adil Vəliyev bildirib ki, K.Qasımov barədə Cinayət Məcəlləsinin 309.2 maddəsiylə (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) cinayət işi açılıb, istintaq getdiyi üçün əlavə məlumat verə bilməz.
XS
SM
MD
LG