Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24
Rubrikalar

Azərbaycan boksçuları ABŞ yığmasını məğlub edib


Səs: Real audio
Vardan Oskanyan isə "Azərbaycan oz vətəndaşları hesab etdiyi adamlara qarşı zor işlətməklə onlar üzərində mənəvi haqqını itirib" - deyib - Dekabrın 6-da həndbol üzrə kişilər arasında ölkə çempionatı başlayıb. 8 komandanın iştirak etdiyi çempionatın birinci dövrəsi dekabrın 8-də başa çatacaq. Növbəti dövrə fevralda olacaq. Qadınlar arasında ölkə çempionatı oyunları isə yanvarın 23-25-də keçiriləcək.



Dekabrın 26-27-ə isə həndbol üzrə ölkə kubokunun ¼ oyunları planlaşdırılır. Dekabrın 28-də yarımfinal, 30-da final görüşü olacaq.



- Azərbaycanın boks üzrə yığma komandası ABŞ-ın Çikaqo şəhərində bu ölkənin boksçuları ilə yoldaşlıq turniri keçirib. Azərbaycan komandası ABŞ milli yığmasını 8-3 hesabıyla məğlub edib.



- Rusiyanın Nijni-Vartovsk şəhərində neft istehsal edən ölkə boksçularının növbəti Dünya Kubokuna yekun vurulub. Azərbaycanın əsas yığması ABŞ-a yollandığından, bu yarışda Rasim Məmmədovun rəhbərliyi ilə ikinci heyət iştirak edib.



Boks Federasiyasından Tofiq Babanlıya görə, 75 kq çəki dərəcəsində yarışan Rahib Bəylərov çempion tituluna yiyələnib. 60 kq çəki dərəcəsində Seymur Qurbanov gümüş medal qazanıb.



Dörd boksçu isə yarımfinalda mübarizəni dayandırmaqla bürünc medalla kifayətlənib.



- Hərbçilər arasında kikboksinqin "kik-citsu" növü üzrə Tbilisidə keçirilən beynəlxalq turnir başa çatıb. Turnirdə Azərbaycanı baş məşqçi Rauf Aydınovun rəhbərliyi ilə Mərkəzi Ordu İdman Klubunun üzvləri təmsil edib. Hüseyn Hüseynov [81 kq] və Samir Bəşirov [91 kq] qızıl, Rohim Musayev [67 kq] gümüş, Elnur Abbasov [60 kq] isə bürünc medal qazanıb.
XS
SM
MD
LG