Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:48

XİN müavini AB ölkələrinin Bakıdakı səfirlərilə görüşüb


Səs: Real audio
Həmsədrlərdə sülh prosesi ilə bağlı müəyyən nikbinlik hiss olunur Dekabrın 6-da Xarici İşlər nazirinin müavini Vaqif Sadıqov Avropa Birliyi (AB) ölkələrinin Azərbaycandakı səfirlərilə görüşüb. Görüşdə Böyük Britaniya, Norveç səfirləri və daha üç ölkə səfirliklərinin nümayəndələri iştirak edib.



Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tagızadə bu görüşün işgüzar xarakter daşıdığını, seçkisonrası vəziyyətlə əlaqəsi olmadıgını bildirir.



Norveç səfirinin köməkçisi Elmira Mirzəyeva isə «Azadlıq» radiosuna deyib ki, belə görüşlər mütəmadi keçirilir və əlavə məlumat verə bilməz.
XS
SM
MD
LG