Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:11

Maurisio Pavessi : «Güc strukturları səbr nümayiş etdirməlidir»<p align=`left`><br><br>


Səs: Real audio
Potensial zorakılıq olan aksiyalarda belə... ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavessi təmsil etdiyi qurumun Daxili Qoşunların zabitləri üçün keçirdiyi seminarda bəyan edib ki, potensial zorakılıq olan tədbirlərdə belə, güc strukturları səbr nümayiş etdirməli, aksiyanın dağıdılmasına cəhd göstərməməlidir:



«Son həftələr Azərbaycanda baş verənlər göstərdi ki, polis və təhlükəsizlik orqanları ehtiyatsızlıq edərək həddindən artıq güc və təzyiq tətbiq edib. Başa düşmək lazımdır ki, ən çətin anlarda belə, vətəndaşların hüququnu təmin etmək mümkündür».



Daxili Qoşunların komandanı Zakir Həsənov isə, noyabrın 26-da mitinq iştirakçılarına qarşı güc tətbiqi ilə bağlı səslənən fikirləri yanlış adlandırıb.



«Azadlıq» seçki bloku isə həmin aksiyada 300-dən artıq vətəndaşın müxtəlif dərəcəli bədən xəsarəti aldığını, 40-dan çox şəxsin saxlandığını və 30 nəfərin inzibati cəza aldığını bildirib.
XS
SM
MD
LG